Modern.az

Sünni alimin qətlində İran kəşfiyyatı izi

Sünni alimin qətlində İran kəşfiyyatı izi

22 Avqust 2017, 01:01

İranda sünni məzhəbli dindar bəluc, Quran hafizi və qiraətçisi Hafiz Səfiyullahın təhlükəsizlik qüvvələri tərəfindən qətlə yetirildiyi iddia edilir. Modern.az axar.az-a istinadən xəbər verir ki, İrandakı hüquq müdafiəçilərinin yaydığı xəbərə əsasən, hadisə Sistan-Bəlucistan əyalətində baş verib.

Əyalətin Xaş-Səravan istiqamətində öz şəxsi avtomobilində hərəkət edən Hafiz Səfiyullah mülki geyimli ETTELAAT əməkdaşlarının onu təqib etdiyini görəndən sonra idarə etdiyi avtomobilin sürətini artıb. Lakin təhlükəsizlik qüvvələri odlu silahlardan bir neçə dəfə atəş açaraq gənc bəluc fəalını yerindəcə qətlə yetiriblər.

 

Onun fəaliyyət sahəsi və silahlı hücumun səbəbi barədə mediaya məlumat verilməyib.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi