Modern.az

Müxalifət təşkilatı hökumətə yeni proqram təqdim edəcək

Müxalifət təşkilatı hökumətə yeni proqram təqdim edəcək

İqtisadiyyat

22 Avqust 2017, 08:54

Azərbaycan Demokratiya və Rifah Hərəkatı (ADR) iqtisadi islahatlarla bağlı yeni təkliflər hazırlayır.

 

Bu barədə Modern.az-a ADR sədri, iqtisadçı Qubad İbadoğlu məlumat verib.

 

O deyib ki, hazırda hökumətə təqdim edilən təkliflər üzərində də işlər davam edir:

 

“Biz davamlı olaraq belə təkliflərlə çıxış etmişik. Yeni dövrdə yeni situasiyaların tələblərini, çağırışlarını nəzərə alaraq  yeni təkliflər hazırlayacağıq. Demək olar ki, artıq bu işə start vermişik. Bu yalnız bir sahə üzrə  olmayacaq, ümumiyyətlə iqtisadiyyatın kompleks islahatlar üzrə təkliflərindən söhbət gedir.

 

Eyni zamanda 2 il bundan əvvəl təklif etdiyimiz “İqtisadiyyatda əsas və təxirəsalınmaz tədbirlər Paketi”nin də yenidən işlənib hökumətə təqdim olunması nəzərdə tutulub”.

 

Q.İbadoğlunun sözlərinə görə, son zamanlar hökumət təqdim edilən təkliflərə reaksiya vermir:

 

“Əvvəllər verdiyimiz təkliflərlə əlaqədar  hökumətdən cavablar gəlirdi. Amma son zamanlar təəssüf ki, verilən təkliflər barəsində rəylər və mövqelər səsləndirilməyib. Buna baxmayaraq müxtəlif  təkliflər hazırlamağı vacib hesab edirik və bu istiqamətdə işlərimiz davam edir”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!