Modern.az

Azərbaycan–Türk Diaspor Təşkilatları Koordinasiya Şurası toplaşacaq

Azərbaycan–Türk Diaspor Təşkilatları Koordinasiya Şurası toplaşacaq

16 Noyabr 2009, 18:32

Noyabrın 21-22-də Almaniyanın Frankfurt şəhərində Avropa Azərbaycanlıları Konqresi və Azərbaycan–Türk Diaspor Təşkilatları Koordinasiya Şurasının birgə toplantısı keçiriləcək. Modern.az xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə keçiriləcək ikigünlük toplantıda Azərbaycanın dövlət rəsmiləri və millət vəkillərinin iştirakı da nəzərdə tutulub. Toplantı çərçivəsində "Avropa Azərbaycan İnformasiya Mərkəzi"nin təqdimat mərasimi də keçiriləcək. Benilüks Azərbaycanlıları Konqresi irəli sürdüyü layihədə məqsəd ölkəmizin tarixi və bu günkü reallıqları haqqında əsasən avropalılara informasiya ötürməkdir. Avropa Azərbaycanlıları Konqresi və Azərbaycan–Türk Diaspor Təşkilatları Koordinasiya Şurasının birgə toplantısı çərçivəsində həmçinin Avropa Azərbaycan Qadın Təşkilatları Birliyinin Təşəbbüs Qrupu da yaradılacaq. Bu təşkilatı yaratmaqla xanım həmvətənlərimiz Avropa məkanında Azərbaycanın mənafelərini qorumaq və ölkəmizin imicini daha da yüksək səviyyələrə qaldırmaq istiqamətində görülən işlərə öz töhfəsini vermək istəyir.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir