Modern.az

BAXCP Əbülfəz Elçibəyin məzarını ziyarət edib - FOTOLAR

BAXCP Əbülfəz Elçibəyin məzarını ziyarət edib - FOTOLAR

22 Avqust 2017, 12:47

Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin üzvləri, rayon təşkilatlarının sədrləri milli-azadlıq hərəkatının lideri, eks-prezident Əbülfəz Elçibəyin məzarını ziyarət ediblər.

 

Partiyanın mətbuat xidmətinin məlumatına görə, Fəxri xiyabanda Əbülfəz Elçibəyin vəfatının ildönümü ilə bağlı keçirilən aksiyada BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev Elçibəyin Azərbaycan tarixində oynadığı mühüm roldan danışıb.


O, Əbülfəz Elçibəyin xalqını, millətini, dövlətini və vətənini təmənnasız sevən, Azərbaycan siyasətinə təmizlik və dürüstlük gətirən siyasət adamı olduğunu deyib:  “Onun ideyalarını BAXCP olaraq biz bu gün də yaşadırıq və yaşadacağıq. Əbülfəz Elçibəyin xatirəsi hər zaman əziz tutulacaq və ehtiramla anılacaq".

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür