Modern.az

Mərkəzi Neftçilər xəstəxanasında uşaqların tibbi müayinəsi aparılacaq

Mərkəzi Neftçilər xəstəxanasında uşaqların tibbi müayinəsi aparılacaq

Aktual

22 Avqust 2017, 13:23

Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyi və  Səhiyyə Nazirliyinin Mərkəzi Neftçilər Xəstəxanasının birgə təşkilatçılığı ilə avqustun 26-da xəstəxananın Kardioloji poliklinika şöbəsində saat 9:00-dan 16:00-dək uşaqların ümumi müayinəsi üzrə ümumrespublika "açıq qapı" günü təşkil olunacaq.

 

Bu haqda Modern.az-a Fonddan bildirilib. 

 

Qeyd olunan tarixdə xəstəxananın yüksək ixtisaslı həkim kollektivi tərəfindən Bakı şəhəri və respublikanın regionlarından olan uşaqlar ödənişsiz müayinələrdən keçiriləcək və nəticələrdən asılı olaraq müalicə kursu təyin olunacaq.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub