Modern.az

Taekvandoçumuz erməni rəqibini məğlub edib finala çıxdı

Taekvandoçumuz erməni rəqibini məğlub edib finala çıxdı

22 Avqust 2017, 13:32

Tayvanda təşkil edilən 29-cu Yay Universiada Oyunlarında taekvando idman növü üzrə yarışlara start verilib.

 

Azərbaycan Taekvando Federasiyasından Modern.az-a verilən məlumata görə, milli yığma komandamızın da qatıldığı yarışın ilk günü iki taekvandoçumuz mübarizə aparıb.

 

Millinin üzvlərindən -68 kq çəki dərəcəsində dayanq üzərinə çıxan Ayxan Tağızadə fransız Fabio Mattelə 19:7, britaniyalı Ceykob Barnettə 17:9, Xavier Peresə (İspaniya) 9:7 hesabı ilə qalıb gələrək yarımfinala vəsiqə qazanıb.

 

Final uğrunda qarşılaşmada erməni rəqibi Sergey Vardazaryana (31:14) şans verməyən Ayxan finalda rusiyalı taekvandoçu Boris Krasnovla döyüşəcək.

 

Digər idmançımız Qaşım Maqomedov (-54 kq) isə ilk rəqibi Embrion Hidayətullaha (İndoneziya) 29:19 hesabı ilə qalib gəlsə də, Avstraliya təmsilçisi Malkom Levisə 10:12 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır