Modern.az

“Vur, komandir, vur”un qəhrəmanı hərbidən getdi

“Vur, komandir, vur”un qəhrəmanı hərbidən getdi

22 Avqust 2017, 14:27

2014-cü ildə “Vur, komandir, vur” videosu ilə məşhurlaşan, cəbhə xəttində erməni helikopterini vuran MAXE (Müddətdən Artıq Xidmət Edən Hərbi Qulluqçu) İlkin Muradov sosial şəbəkədə hərb sahəsindən getdiyini açıqlayıb. Hərbçinin bu qərarı izləyiciləri üçün gözlənilməz olub.

 

“Qafqazinfo” da məsələnin mahiyyətini öyrənmək üçün İlkinlə əlaqə saxlayıb. O bildirib ki, artıq 3 illik müqaviləsi bitib və ailəsi ilə bağlı səbəblərə görə müddəti artırmaq istəməyib:

 

“Evim Neftçaladadır, iş yerim isə Ağdamda. Uzaq olduğu üçün gedib gələ bilmirdim. İlin yarısından çıxmaq istəmədim, müqaviləmin bitməsini gözlədim. Müqaviləm bitdi və mən də öz istəyimlə hərbdən uzaqlaşdım.

 

Ancaq Ali Baş Komandan nə vaxt hücum əmri versə, silahımı götürəcəyəm. Komandirlərim məni saxlamaq istəyirdi, təklif etdilər ki, hərbi fəaliyyətimi davam etdirim. Ancaq valideynlərimin istəyi ilə bitirmək qərarına gəldim.

 

Hazırda Neftçala rayonuna gedirəm və gələcəkdə hansı işlə məşğul olacağımla bağlı hələ ki, bir fikrim yoxdur”. 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir