Modern.az

Bakının mərkəzində baş verən yanğın söndürüldü

Bakının mərkəzində baş verən yanğın söndürüldü

22 Avqust 2017, 15:07

Bakının Neftçilər prospektində yerləşən mağazada baş vermiş yanğın söndürülüb.

 

Bu barədə Modern.az-a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Oqtay Bayramov məlumat verib.

 

Qurum rəsmisi bildirib ki, yanğın mağazanın mətbəxində başlayıb. İşçilər yemək hazırlayarkən ehtiyatsızlığa yol verib və nəticədə yanğın baş verib. Nəticədə alov mağazanın digər hissəsinə də keçib.

Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerinə cəlb edilib və yanğının qarşısı alınıb. Hazırda yanğın söndürülüb.

 

Xatırladaq ki, hadisə Neftçilər prospekti ilə Yusif Məmmədəliyev küçəsinin kəsişməsində fəaliyyət göstərən “Dolce & Gabbana” mağazasında qeydə alınıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?