Modern.az

Gürcüstan prezidenti Azərbaycana təşəkkür etdi

Gürcüstan prezidenti Azərbaycana təşəkkür etdi

22 Avqust 2017, 15:59

Gürcüstan prezidenti Georgi Marqvelaşvili Barjominin Daba kəndində meşə yanğınlarının söndürülməsində göstərdikləri köməyə görə Azərbaycan və Türkiyəyə təşəkkür edib.

 

Modern.az xəbər verir ki, dövlət başçısı bu gün keçirdiyi mətbuat konfransında bütün yanğınsöndürənlərə, xilasedicilərə yanğınla mübarizədə göstərdikləri qəhrəmanlıqlara görə təşəkkür edib. Prezident alovun yaşayış məntəqələrinə təhlükə törətmədiyini deyib.

Gürcüstanda meşə yanğınları avqustun 20-dən davam edir. Külək yanğının tam söndürülməsini çətinləşdirib. Yanğınla bağlı xüsusi qərargah yaradılıb. Azərbaycan Fövqəladə Hallar Nazirliyi əraziyə helikopter göndərib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi