Modern.az

Könüllülər 6 ayda 19 min litrə yaxın qan verib

Könüllülər 6 ayda 19 min litrə yaxın qan verib

Aktual

22 Avqust 2017, 16:43

Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Bakı və regionlarda könüllü qanvermə aksiyaları davam edir.

 

Nazirlikdən Trend-ə verilən məlumata görə, bu ilin ilk 6 ayı ərzində respublika üzrə keçirilən qanvermə aksiyalarında 18 884,1 litr qan tədarük edilib. Keçirilən 177 qanvermə aksiyasında, 39756 nəfər donor iştirak edib.

 

Donor qanın əksər hissəsi Mərkəzi Qan Bankında, Milli Onkologiya Mərkəzində, MQB Gəncə Bölməsində və Kliniki Tibbi Mərkəzdə toplanılıb.

 

Tədarük olunan qan və komponentlərindən hemofiliyalı və talassemiyalı xəstələrin, həmçinin qana ehtiyacı olan bütün şəxslərin müalicəsində istifadə olunacaq.

 

Qeyd olunub ki, talassemiya xəstəliyindən əziyyət çəkən insanlara müntəzəm olaraq qan köçürmə, hemofiliyadan əziyyət çəkən insanlar üçün qan laxtalanma faktorları məhsullarının hazırlanması məqsədilə də qan lazımdır. Kimyaterapiya zamanı onkoloji xəstələr üçün isə qan həyati əhəmiyyət kəsb edir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu