Modern.az

Azərbaycan Gürcüstana əlavə kömək göndərdi

Azərbaycan Gürcüstana əlavə kömək göndərdi

22 Avqust 2017, 17:12

Avqustun 20-dən Gürcüstanda meşə yanğınları davam edir. Külək yanğının tam söndürülməsini çətinləşdirib.

 

Yanğınla bağlı xüsusi qərargah yaradılıb. Azərbaycan Fövqəladə Hallar Nazirliyi əraziyə helikopter göndərib.

 

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Oqtay Bayramov Modern.az-a açıqlamasında Gürcüstana göndərilən heyətin sayını açıqlayıb.

 

 “Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidməti, Yanğın Mühafizə Xidməti Gürcüstana əlavə qüvvələr göndərib. Bura  11 ədəd texnika və şəxsi heyət daxildir. Yaxın vaxtda daha ətraflı məlumat veriləcək”

 

Qeyd edək ki, Gürcüstan prezidenti Georgi Marqvelaşvili Barjominin Daba kəndində meşə yanğınlarının söndürülməsində göstərdikləri köməyə görə Azərbaycan və Türkiyəyə təşəkkür edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı