Modern.az

Mütəllibov Hacı Əbdülə güldü: “Mən sovet dövründə Məşhəd ziyarətində olmuşam”

Mütəllibov Hacı Əbdülə güldü: “Mən sovet dövründə Məşhəd ziyarətində olmuşam”

22 Avqust 2017, 18:06

“Həcc ziyarətinə getmək fikrim yoxdur. Son illərdə belə məsələlər barədə düşünməmişəm. Hacı Əbdüldü də. Danışır! Əslində, bunlar şəxsi məsələlərdir. Niyə görə Hacı Əbdül belə məsləhətlər verir ki!. Onun işi “Tövbə” cəmiyyətinin sədri olmaqdır”.

 

 Bunu Modern.az-a açıqlamasında eks-prezident Ayaz Mütəllibov “Tövbə” cəmiyyətinin sədri Hacı Əbdülün fikirlərinə münasibət bildirərkən deyib.

 

Eks prezident vaxtilə ziyarətdə olduğunu da gizlətməyib.

 

“Sovet dövründə birinci katib işlədiyim zamanda Məşhəd ziyarətində olmuşam. O zamanlar belə şeylər qadağan idi. Birinci katib vəzifəsində olarkən ilk ziyarətimi Şeyxülislamın iqamətgahında etdim. Bildirdim ki,  bütövlükdə respublikanın rəhbəriyəm. İnsanları bölmürəm. Dinlərə də hörmət edirəm. Müstəqillik illərində isə müqəddəs torpaqları ziyarət etmək fikrində olmuşam. Sadəcə müəyyən səbəblərdən alınmayıb. Ya səhhətimə, ya da ailə vəziyyətimə görə vaz keçmişəm”.

 

Qeyd edək ki, “Tövbə” cəmiyyətinin sədri Hacı Əbdül Əbdülov Modern.az-a açıqlamasında bütün müsəlmanların Allahın evini ziyarət etməli olduqlarını deyib.

 

“Tez-tez eks-prezident Ayaz Mütəllibovla bağlı sual verirlər. Yenə deyirəm: Ayaz Mütəllibov da Həcc ziyarətinə getməlidir. O zaman pak və saf olacaqlar”-deyə bildirib. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir