Modern.az

Ağcabədidə avtomobil hasara çırpılıb, xəsarət alanlar var

Ağcabədidə avtomobil hasara çırpılıb, xəsarət alanlar var

22 Avqust 2017, 18:58

Ağcabədidə avtomobil daş hasara çırpılıb. APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Boyat kəndində baş verib. Mətləb Hüsüyevin idarə etdiyi “VAZ 2106” markalı avtomobil idarəetmədən çıxaraq daş hasara çırpılıb.

 

Nəticədə sürücü və avtomobildə olan sərnişin, sürücünün əmisi oğlu, 26 yaşlı Mehrac Hüsüyev xəsarət alıb.

Xəsarət alan şəxslər Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar, sonradan Ağcabədi Mərkəzi Rayon Xəstəxanasına göndəriliblər.

 

Məlumata görə,  sürücü avtomobili idarə edərkən içkili olub. Faktla bağlı araşdırma aparılır.

 

Whatsapp
Bizə yazın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı