Modern.az

Aviazərbələr nəticəsində 50 dinc sakin öldürülüb

Aviazərbələr nəticəsində 50 dinc sakin öldürülüb

Dünya

22 Avqust 2017, 21:45

Suriyanın Hama vilayətinə endirilən hava zərbələri nəticəsində yenə də dinc sakinlər həlak olub. Modern.az xarici mediaya istinadən xəbər verir ki,  hava zərbələri vilayətin şərqindəki Rüveyd və Musterix kəndlərinə endirilib. Aviazərbələr nəticəsində 50 dinc sakin öldürülüb. Ölənlərin əksəriyyəti qadınlar və uşaqlardır.

Hava zərbələrinə məruz qalan kəndlərin qarşısındakı ərazilər kasset bombalardan istifadə edən İŞİD terror qruplaşmasının nəzarətindədir. Yerli mənbələr Suriyanın həmin ərazilərində tibb müəssisələrinin olmadığını, yaralıların müalicəsiz qaldığını bildiriblər.

Hava hücumlarında hansı ölkənin təyyarələrinin iştirak etdiyi hələlik məlum deyil.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı