Modern.az

Azərbaycan neftinin qiyməti 54 dollara çatıb

Azərbaycan neftinin qiyməti 54 dollara çatıb

22 Avqust 2017, 23:51

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti avqustun 21-də 53,72 dollar/barel təşkil edib ki, bu da ötən cümə gününə olan göstəricidən 0,33 dollar/barel çoxdur. Modern.az xəbər verir ki, bu barədə "Trend"ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti avqustun 21-də 53,19 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,34 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti avqustun 21-də 50,07 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,35 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə avqustun 21-də 51,61 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,69 dollar/barel çoxdur.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Son dəqiqə Naxçıvanın Kərki kəndində etirazlar başladı