Modern.az

\"Türyançay\" Qoruğunu yanmağa qoymadılar

\

23 Avqust 2017, 00:18

Göyçay rayonunda böyük ərazidə baş verən yanğın söndürülüb. Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün axşam saat 22:00 radələrində Göyçay və Ağdaş rayonları arasındakı dağlıq ərazidə qeydə alınıb. Yanğının söndürülməsi üçün əraziyə FHN -nin Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub. Yanğın yüksək dağlıq ərazidə baş verdiyi üçün hadisə yerinə yanğınsöndürən avtomobillərin cəlb olunması mümkün olmayıb. Yanğın havanın qaranlıq vaxtında əl əməyi ilə çətinliklə də olsa söndürülüb.

 

Hadisə zamanı 10 hektar sahədə quru ot, kol-kos yanıb.

 

Yanğınsöndürənlər alovun "Türyançay" Dövlət Təbiət Qoruğunun meşə sahəsinə keçməsinin qarşısını alıblar. Yanğının hansı səbəbdən baş verdiyi hələ ki məlum deyil.

 

Faktla bağlı araşdırma aparılır.

 

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir