Modern.az

Qurban kəsəcəksiniz? - SORĞU  

Qurban kəsəcəksiniz? - SORĞU   

23 Avqust 2017, 07:57

Növbəti Qurban bayramının astanasındayıq. Məlumdur ki, dünya müsəlmanlarını bir araya gətirən bu mərasimlə Allan-təala yolunda xeyriyyə işləri görülür, fəqir-füqəraya əl tutulur. Bayran günlərində qurban kəsib paylamaq ən xeyirxah əməl sayılır.

Qurban bayramının ictimai faydaları çoxdur. Bayram günlərində qohum-əqrəba, qonum-qonşularla əlaqələr güclənir. 

Bütün müsəlman dövlətlərində olduğu kimi Azərbaycanda da Qurban bayramı rəsmi səviyyədə qeyd edlilir.

Qurban bayramı Azərbaycanda 2 gün qeyd edilir. Bununla əlaqədar sentyabrın 1 və 2-si istirahət günləridir. Amma bu il sentyabrln 2-si şənbə gününə təsadüf etdiyindən Nazirlər Kabineti sentyabrın 4-nü də bayram günlərinə əlavə edib. Beləliklə, Qurban bayramı ilə əlqədar olaraq sentyabrın 1-dən 5-dək tətil olacaq. Sentyabrın 5-i iş günüdür.

Azərbaycan xalqının mənəvi-əxlaqi dəyərlər sistemində Qurban bayramının xüsusi yeri var. Xalqımız yüz illərdir ki, Allah və din yolunda mənəvi borcunu böyük təntənə ilə yerinə yetirir. Bu günlər ölkəmizin hər yerində Allahın adına qurbanlar kəsilir, firavanlıq üçün dualar edilir.

Adətə görə, Qurban bayramında imkanı olan hər bir müsəlmanın qurban kəsməsi vacibdir. Amma kasıb adamların qurban kəsməsi vacib buyurulmayıb.


Modern.az saytının növbəti sorğusu da bu barədədir: Qurban kəsəcəksiniz?

Cavab vermək istəyən oxuculardan xahiş olunur ki, Modern.az-ın əsas səhifəsindəki sağdan aşağıdakı sorğu panelindəki cavablara baxıb, səs versinlər...

Qurban kəsəcəksiniz?

- Bəli, mütləq kəsəcəm
- Bir neçə nəfərlə birləşib kəsəcəyik
- Qurbanlıq kəsmək istəyirəm, amma pulum yoxdur
- Kəsməyəcəm, çünki bu dini bayramı qəbul etmirəm

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı