Modern.az

Bakıda iki ayağından əlil olan sürücü piyadanı vurdu

Bakıda iki ayağından əlil olan sürücü piyadanı vurdu

23 Avqust 2017, 09:10

Bakıda iki ayağından əlil olan sürücü piyadanı vurub.

 

"Report" xəbər verir ki, yol-nəqliyyat hadisəsi Sabunçu rayonunda qeydə alınıb.

 

Belə ki, Maştağa qəsəbəsində yolu keçmək istəyən Məmmədov Qədir Fərxan oğlunu 78-80 yaşlı, iki ayağından əlil sürücü idarə etdiyi “Zaporojets” markalı avtomobillə vurub.

 

Nəticədə Q. Məmmədov ağır xəsarət alıb. O, 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Həkimlər Q.Məmmədovun vəziyyətini orta-ağır kimi qiymətləndirir.

 

Fakt Sabunçu Rayon Polis İdarəsində araşdırılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər