Modern.az

Füzulidə 2 uşaq atası toyda itkin düşdü

Füzulidə 2 uşaq atası toyda itkin düşdü

23 Avqust 2017, 10:40

Füzuli rayonunda 37 yaşlı kişi itkin düşüb.

 

Füzuli rayon Polis Şöbəsindən Trend-ə verilən məlumata görə, hadisə avqustun 13-də baş verib. Bakı şəhərində yaşayan, 1980-ci il təvəllüdlü Anar Xaliq oğlu Əliyev avqustun 12-də Füzuli rayonunun Kərimbəyli kəndinə atasının evinə gəlib. O, ayın 13-də kənd ərazisindəki "Melisa" şadlıq evində qohumunun toy mərasimində iştirak edəndən sonra şadlıq sarayını tərk edərək naməlum istiqamətə yollanıb və geri qayıtmayılb.

 

Avqustun 14-də A.Əliyevin atası polisə oğlunun itkin düşməsi barədə müraciət edib.

 

Hazırda rayon polis şöbəsi 2 azyaşlı uşaq atası olan A.Əliyevin axtarışlarını davam etdirir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir