Modern.az

Bakıdakı toz dumanı Türkmənistandan gəlib – Nazirlikdən XƏBƏRDARLIQ

Bakıdakı toz dumanı Türkmənistandan gəlib – Nazirlikdən XƏBƏRDARLIQ

23 Avqust 2017, 11:11

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin mütəxəssislərinin 23 avqust tarixində səhər saatlarında apardığı monitorinqlərin nəticələrinə əsasən, Bakıda və Abşeron yarımadasında havada olan tozun miqdarının sanitar normadan artıq olduğu müəyyən edilib.Buna səbəb Türkmənistan ərazisindən daxil olan toz dumanının atmosferin yuxarı təbəqələrinədək qalxmasıdır.

 

Bu haqda Modern.az-a nazirlikdən bildirilib.

 

Qeyd edək ki, Bakı və Abşeron yarımadasında zəif cənub-şərq küləyinin əsməsi, yüksək nisbi rütubət və temperaturun olması ilə əlaqədar 26 avqust 2017-ci il tarixinədək atmosfer havasında tozun miqdarının bir qədər də artacağı proqnozlaşdırılır. 

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir