Modern.az

Ağsaqqallar telekanallardakı şoulardan narazıdırlar

Ağsaqqallar telekanallardakı şoulardan narazıdırlar

Təhsil

16 Noyabr 2009, 18:41

Noyabrın 16-da Azərbaycan Ağsaqqallar Şurası (AAŞ) rəyasət heyətinin növbəti iclası keçirilib. İclasda “Erməni alimləri ermənilər haqqında” kitabı təqdim edilib. Şuranın sədri akademik Budaq Budaqov Kamran İmanovun hazırladığı kitab barədə söz açaraq onun vacib sənəd olduğunu vurğulayıb. Azərbaycan Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov kitab haqqında məlumat verərək bildirib ki, ingilis dilində 2 min nüsxə ilə çap olunan kitab xaricdə səfirliklərimizin vasitəsilə yayılır. Kitabda ermənilərin xain xisləti açılıb, Azərbaycanın adət-ənənələrinin ermənilər tərəfindən mənimsənilməsi, onların uydurduğu yalanlar, eləcə də tarixi həqiqətlər ortaya qoyulub. Müəllif, eyni zamanda, kitabın gənclər üçün vacib informasiya mənbəyi olduğunu da vurğulayıb. Sonra Budaq Budaqov Qərbi azərbaycanlıların 1948-1953-cü illərdə Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiya olunmasının 50 illiyi ilə əlaqədar elmi-praktik konfransın keçiriləcəyi barədə məlumat verib. Bildirib ki, tətbiq edilmiş deportasiya xalqımıza qarşı əsl repressiya siyasəti idi. Bu deportasiyadan 50 ildən artıq vaxt ötməsinə baxmayaraq, Azərbaycanın haqq səsini dünya ictimaiyyəti eşitmir. Ermənistan isə öz işğalçı siyasətini davam etdirərək daha da irəli gedərək Azərbaycanın ərazi bütövlüyünü pozub, torpaqlarımızın 20 faizini işğal edib. Akademik vurğulayıb ki, separatçı Ermənistan dövləti isə bu gün dünyaya özünü yazıq, hüquqları tapdanmış, soyqırıma məruz qalmış bir xalq kimi təqdim edir. Ona görə də, Azərbaycan ziyalıları bu haqsızlıqla barışmamalı və öz səslərini qaldıraraq Ermənistanın işğalçı siyasətini ifşa etmək üçün həmin məsələləri daim diqqətdə saxlamalıdırlar. AAŞ sədrinin müavini, Milli Məclisin deputatı Fəttah Heydərov çıxış edərək sözügedən məsələlərə münasibətini bildirib. O, Türkdilli xalqların Ağsaqqallar Şurası Birliyinin yaradılmasında Azərbaycan Ağsaqqallar Şurasının rolundan danışıb, türkdilli ölkələrən dövlət başçılarının Naxçıvanda keçirilmiş IX zirvə görüşündə səsləndirilmiş türkdilli xalqların ümumi ağsaqqallar şurasının yaradılması təklifinin AAŞ tərəfindən dəstəkləndiyini qeyd edib. Ağsaqqallar Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Azərbaycanın efir məkanı: problemlər və vəzifələr” məqaləsinə münasibət bildiriblər. AAŞ sədrinin müavini professor Əli Həsənov bildirib ki, akademik Ramiz Mehdiyevin məqaləsi xalqın, xüsusilə ölkə ağsaqqallarının ürəyindən xəbər verib. Bu gün Azərbaycan televiziya kanallarının efiri mentalitetimizə uyğun gəlməyən şou proqramlarla doludur. Müharibə şəraitində yaşayan bir ölkənin efirində bu qədər əyləncəli verilişlərin yer tutması bağışlanılmazdır. Bunların əvəzinə hərbi-vətənpərvərlik, maarifləndirici, təbliğedici, xalqımızın adət-ənənələrini, mədəniyyətini, ədəbiyyatını, folklorunu yaşadan verilişlərin sayının artırılması, Azərbaycanın tanınmış ziyalılarının, görkəmli şəxslərinin, o cümlədən ağsaqqalların xalqımızın mentalitetini, ədəb-ərkanını, adət-ənənələrini gənc nəslə təbliğ etməsi daha vacibdir. İclasda “Adəm” Xeyriyyə Cəmiyyətinin sədri Nicat Əsgərov AAŞ-la birlikdə dekabrın 7-də keçiriləcək xeyriyyə konsertindən danışıb. Konsertdə Azərbaycan aşıq musiqisi təbliğ olunacaq.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı