Modern.az

Bakıda toz dumanının miqdarı ARTIB - Nazirlik gücləndirilmiş iş rejiminə keçdi 

Bakıda toz dumanının miqdarı ARTIB - Nazirlik gücləndirilmiş iş rejiminə keçdi 

23 Avqust 2017, 14:57

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti BakıdavəAbşeronyarımadasında müşahidə olunan toz-dumanı ilə bağlı operativ iş rejiminə keçərək, hər üç saatdan bir atmosfer havasında müşahidələr aparır.

 

Bu haqda Modern.az-a nazirlikdən məlumat verilib.

 

Havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata görə 23 avqust 2017-ci il tarixində səhər saat 9:00-da Bakı və Abşeron yarımadasında tozun miqdarı sanitar normadan 20 faiz, saat 12:00-da isə bir qədər də artaraq sanitar normadan 32 faiz yuxarı olduğu qeydə alınıb.

 

Xatırladaq ki, Bakıda və Abşeron yarımadasındamüşahidə olunan toz Türkmənistan ərazisindən daxil olan toz dumanının atmosferin yuxarı təbəqələrinədək qalxmasıdır.

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı