Modern.az

İlham Əliyev Poroşenkonu təbrik etdi

İlham Əliyev Poroşenkonu təbrik etdi

23 Avqust 2017, 17:26

Azərbaycan Prezidenti İlham Əliyev Ukraynanın dövlət başçısı Pyotr Poroşenkoya təbrik məktubu göndərib. 

 

Modern.az xəbər verir ki, məktubda deyilir:

 

"Hörmətli cənab Prezident,

 

Ukraynanın milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

 

Azərbaycan ilə Ukrayna arasındakı ənənəvi dostluq əlaqələri, qarşılıqlı surətdə faydalı əməkdaşlığımız dövlətlərarası münasibətlərimizin inkişafı üçün möhkəm bünövrədir. İnanıram ki, bu münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və möhkəmlənəcəkdir.

 

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Ukrayna xalqına əmin-amanlıq və firavanlıq arzulayıram"

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir