Modern.az

Meyxanaçı Ağamirzə\"Bayramı vurub öldürən qohumumdur\"

Meyxanaçı Ağamirzə: \

23 Avqust 2017, 17:56

Avtomobil qəzası nəticəsində həyatını itirən meyxanaçı Bayram Kürdəxanını vuran şəxs meyxanaçı Ağamirzənin həqiqətən də qohumudur.

Modern.az xəbər verir ki, meyxanaçı Ağamirzə faktı BiG.AZ-ın yasda iştirak edən əməkdaşına təsdiqləyib:

"Bəli, çox təəssüflər olsun ki, Bayramı vurub öldürən Emin Fərhadov mənim qohumumdur. Qardaşımın qaynının qohumlarıdandır. Vallah, üzdən görsəm, heç tanımaram. Özü də Maştağadan yox, Ramanıdandır".

Bayram Kürdəxanın son anlarında yanında olan dostu Ağamirzə həmin anları ürək ağrısı ilə danışır:

"Xəstəxananın üçüncü mərtəbəsinə qalxdım. Bayram reanimasiyada idi. Onu görəndə çox pis oldum, ağır vəziyyətdə idi. Həyata qaytara bilmədik. Allah rəhmət eləsin".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!