Modern.az

Putinlə Sarkisyan Soçidə görüşdü

Putinlə Sarkisyan Soçidə görüşdü

23 Avqust 2017, 19:41

Rusiya prezidenti Vladimir Putinlə Ermənistan prezidenti Serj Sarkisyan Soçidə bir araya gəlib. Modern.az "RİA Novosti"yə istinadən xəbər verir ki, danışıqlar zamanı tərəflərin bir sıra ikitərəfli və regional məsələləri müzakirə edəcəkləri bildirilir.

 

Görüşdə Vladimir Putin iki ölkə arasında intensiv dialoq və qarşılıqlı əməkdaşlığın mövcüd oldugunu bildirib.

 

Məlumata görə,  iki ölkə lideri Rusiya-Ermənistan münasibətləri, Avrasiya İqtisadi Birliyi və Kollektiv Təhlükəsizlik Müqaviləsi çərçivəsində inkişaf perspektivlərini müzakirə edəcək. Həmçinin bu ilin martında Ermənistan prezidentinin Rusiyaya rəsmi səfəri zamanı əldə edilmiş razılaşmaların reallaşdırmasının gedişinə nəzər salınacaq. Danışıqlar zamanı ölkə başçıları ən mühüm beynəlxalq və regional məsələlər, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ətrafında fikir mübadiləsi aparacaqlar.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi