Modern.az

Çində dağıdıcı qasırğa - VİDEO

Çində dağıdıcı qasırğa - VİDEO

Dünya

23 Avqust 2017, 20:58

Çində güclü qasırğası olub. Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu son 5 ilin ən dağıdıcı qasırğası olub. Qasırğa, əsasən, ölkənin cənub regionunda, o cümlədən, Quandun vilayətində genişmiqyaslı dağıntılar törədib. Qasırğa zamanı qeydə alınan kadrlarda küçələrdə küləyin insanları sovurması da müşahidə olunur. Hava bürosu qasırğanın sürətinin saatda 165 kilometrə çatdığını qeyd edib.

Şiddətli küləklər yüzlərlə evin damını uçurub. Kranlar aşıb. Nəqliyyatın hərəkəti tamamilə iflic vəziyyətinə düşüb. 420-yə yaxın uçuş təxirə salınıb. Sahilyanı bölgələri su basıb.

Hökumət fövqəladə vəziyyətlə əlaqədar məktəblərin fəaliyyətini dayandırıb.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar