Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın Hərbi Hava Qüvvələri Yəməni növbəti dəfə bombardman edib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, hava zərbələri paytaxt Sənanın şimal hissəsinə endirilib. Aviazərbələr nəticəsində ən azı 35 dinc sakin həlak olub, 13 nəfər xəsarət alıb.
Modern.az