Modern.az

Şəkidə meşə ərazisində yanğın olub  

Şəkidə meşə ərazisində yanğın olub   

Aktual

23 Avqust 2017, 21:44

Şəki Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Küncüt meşəbəyliyinin 2 saylı meşə dolayının tinklik ərazisində yanğın hadisəsi baş verib.  Modern.az  xəbər verir ki, bu barədə "Report"a Ekalogiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətinin rəhbəri İradə İbrahimova məlumat verib.

Onun sözlərinə görə, bələdiyyə torpaqlarında başlayan yanğın sonradan güclü külək nəticəsində meşə ərazisinə keçib. Yanğının söndürülməsi üçün əraziyə dərhal ETSN və Fövqəladə Hallar Nazirliyinin yerli qurumlarının əməkdaşları cəlb olunub.

Yanğın zamanı, əsasən quru kol və ot örtüyünə ziyan dəyib. Hazırda yanğının söndürülməsi istiqamətində operativ tədbirlər davam etdirilir.

 

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!