Modern.az

Qaraciyərinizə yeni “ömür” verin – TUBAJ PROSEDURU

Qaraciyərinizə yeni “ömür” verin – TUBAJ PROSEDURU

23 Avqust 2017, 22:57

Tubaj proseduru orqanizmin, əsasən də qaraciyərin, öd kisəsinin, öd yollarının təbii üsulla təmizlənməsidir. Tubaj necə edilməlidir? Tubaj edərkən nələrə ciddi diqqət yetirilməlidir? Modern.az saytının sağlamlıqla bağlı növbəti yazısı bu haqdadır.

 

Tubaj qaraciyəri zərərli maddələrdən təmizləyir, öd durğunluğunun qarşısını alır, ödün ifrazını, öd yollarındakı hərəkətini asanlaşdırır ki, bu da ümumilikdə orqanizmin bütün fəaliyyətinə müsbət təsir göstərir. Məlum məsələdir ki, sağlam olmaq üçün qaraciyərin sağlam olması ən vacib şərtlərdən biridir. Məhz bu sağlamlığın təmin edilməsində tubaj proseduru olduqca səmərəli, müsbət nəticələr verən müalicəvi və profilaktik üsuldur.

 

Tubaj etmək üçün axşam yatmazdan qabaq 500 ml mineral suyu (daha yaxşı olar ki, istifadə etdiyiniz mineral suyun tərkibində ödqovucu maddələr olsun) başqa bir şüşə qaba boşaldın ki, tərkibində olan qazlar çıxsın. Səhər tezdən acqarnına həmin suyu 20-30 dərəcəyədək ilıq hala salın və qurtum-qurtum için. İçdikdən sonra sağ böyrü üstə uzanın. Ayaqlarınızı dizdən bir az qatlayın. Sağ böyürün qabırğaaltı nahiyəsinə isti su ilə doldurulmuş istiqac (qrelka) qoyun. Bir saat belə uzanılı vəziyyətdə qalın. Bir saat keçdikdən sonra qalxın, bir neçə dəfə dərindən nəfəs alın və bir neçə dəfə də oturub durun. Prosedur başa catdıqdan sonra bir stəkan təzə çəkilmiş kök şirəsi və ya alma şirəsi içmək tubajın effektliyini artırır.

Tubaj edərkən ət və balıq məhsullarından, qızardılmış və yağlı qidalardan imtina edilməlidir. Bu ərəfədə meyvə, tərəvəz və sıyıqlara üstünlük verilməsi tövsiyə olunur.

Bu cür tubaj proseduru həftədə bir dəfə olmaqla 12 dəfə təkrarlanmalıdır. Artıq ikinci prosedurdan sonra orqanizmdə müsbət dəyişikliklər müşahidə olunacaq.

Tubaj etməzdən qabaq həkimlə məsləhətləşmək, müayinə olunmaq mütləq şərtdir. Öd kisəsində daş olanlara bu proseduru həyata keçirmək yolverilməzdir.

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?