Modern.az

“Qarabağ” tarix yazdı: Komandamız Çempionlar Liqasının qrup mərhələsində - Yenilənib

“Qarabağ” tarix yazdı: Komandamız Çempionlar Liqasının qrup mərhələsində - Yenilənib

24 Avqust 2017, 00:36

“Qarabağ” komandası Azərbaycan futbol tarixində daha bir ilkə imza atdı. Modern.az xəbər verir ki, səfərdə Danimarkanın "Kopenhagen" klubu ilə qarşılaşan Ağdam klubu minimal hesabla - 2:1 məğlub olub. Amma “Qarabağ”ın Bakıdakı ilk oyunda 1:0 hesablı qələbəsı komandamızın Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmasını təmin edib. Bununla da "Qarabağ" Çempionlar Liqasının qrup mərhələsinə yüksələn ilk Azərbaycan klubu kimi tarixə düşüb.

 

00:36

 

“Qarabağ” klubu səfərdə hesabı bərabərləşdirdi. Modern.az xəbər verir ki, “Qarabağ” hesabı bərabərləşməsindən az sonra qapısında daha bir qol görüb. Hazırda hesab 2:1 olsa da, bu hesab da “Qarabağ”ı qane edir.

 

00:06

 

“Qarabağ” klubu səfərdə hesabı bərabərləşdirdi. Modern.az xəbər verir ki, "Kopenhagen"  klubu növbəti mərhələyə keçmək üçün ən azı 2 qol vurmalıdır.

 

23:33

 

Bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsinə yekun vurulur. Modern.az xəbər verir ki, Ağdamın “Qarabağ” klubu səfərdə Danimarkanın "Kopenhagen" klubunun qonağıdır.

 

Oyunun ilk hissəsinin sonuncu dəqiqəsində "Kopenhagen"  klubu standart vəziyyətdən hesabı açıb.

 

Qeyd edək ki, Ağdam klubu Bakıdakı ilk oyunda 1:0 hesablı qələbə qazanıb. Səfərdə çempionumuz qol vuracağı halda, istənilən minimalhesablı məğlubiyyət də mərhələ adlamağa imkan verəcək.  "Qarabağ" Çempionlar Liqasının qrup mərhələsinə yüksələn ilk Azərbaycan klubu kimi tarixə düşəcək.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi