28 may 2018, Bazar ertəsi
Ana Səhifə - TƏHSİL - Qəbul imtahanında yeni test üsulu tətbiq ediləcək – Məleykə Abbaszadə bunu demək istəyirmiş...
Qəbul imtahanında yeni test üsulu tətbiq ediləcək – Məleykə Abbaszadə bunu demək istəyirmiş...
24.08.2017, 11:57

Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib ki, iki il sonra buraxılış və qəbul imtahanlarında yeni model tətbiq ediləcək.

 

“Gələn ilki abituriyentlər axırıncı dəfə test formasında imtahan verəcəklər. Gələn ilki imtahanlarda abituriyentlərdən daha da məsuliyyətli olmalarını gözləyirik. Çünki onlar sonuncu dəfə 26 ildir aparılan test şəkilində imtahan verəcəklər. Bu il kurikulum əsasında təhsil alan şagirdlər 2 ildən sonra XI sinifdə təhsil alacaq və onların biliyinin qiymətləndirilməsi fərqli formada keçirilməlidir. İki il sonra keçiriləcək buraxılış və qəbul imtahanlarında dəyişikliklər edilməsi nəzərdə tutulub”.

 

“Hazırda Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi yeni imtahan modelləri üzərində müzakirələr aparır. Yeni modellər düşünmüşük. Dəyişiklikləri, qərarlaşdırdığımız modeli  sentyabr ayında ictimaiyyətə təqdim etməyi düşünürük. Hazırda ekspert və mütəxəssislər bu istiqamətdə işləri davam etdirir”-deyə M.Abbaszadə bildirib.

 

Amma test üsulunun ləğvi cəmiyyətdə birmənalı qarşılanmır. Test üsulunun ləğvinin gələcəkdə neqativ hallara yol açacağı ilə bağlı fikirlər mövcuddur.

 

Məsələ ilə bağlı təhsil eksperti Kamran Əsədov Modern.az-a açıqlama verib.

 

Ekspert bildirib ki, əvvəllər üzbəüz imtahanda qeyri-obyektivliyə yol verilirdi və test üsulu qəbulda insan faktorunu aradan qaldırdı.

 “Həmçinin test imtahanı vaxt qazanmaq baxımından əlverişlidir. Əvvəl ali məktəbə qəbul üçün 4 fəndən imtahan verilirdi, bu da ümumilikdə bir ay çəkirdi. İmtahan nəticələrinin vaxtında yoxlanılıb abituriyentə çatdırılması problem idi. Testlə imtahan abituriyentlərin biliklərini tam əhatəli qiymətləndirə bilmir. Burada qiymətləndirmə nisbidir. Testin başlıca məqsədi obyektiv qiymətləndirmə, neqativ hallara yol verməməkdir. Digər tərəfdən, test imtahanında təkmilləşməyə ehtiyac var. İmtahan fənlərinin sayının artırılıb-azaldılması, sözsüz ki, təkmilləşmə deyil. Yaxşı olar ki, məntiqə əsaslanan suallar tərtib olunsun. Sırf statistik məlumatlarla, tarixi hadisələrlə testi yükləmək uşağın müstəqil düşüncəyə, təfəkkürə malik olmasının qarşısını alır. Həmçinin, formanın da təkmilləşdirməsinə ehtiyac var”.

 

K.Əsədov deyib ki, 2008-2009-cu tədris ilindən Azərbaycan orta məktəbləri kurikulum standartlarına keçib.

 

“Bu sistemdə oxuyan məktəblilər əvvəlkilərdən əldə etdikləri bilik və bacarıqlara görə fərqlənirlər. İndiyə qədər qəbul imtahanlarında qapalı yəni cavab variantları olan test tapşırıqlarından istifadə olunurdu. Lakin 2010-cu ildən sonrakı nəticələri təhlil etdikdə görürük ki, bu artıq özünü doğrultmur. Buna görə də təhsil sistemimizdə qiymətləndirmədə yeni məzmun standartlarını ölçmək üçün yeni alətlərin istifadəsinə ehtiyac yaranıb. Amma birdən- birə buna keçmək əks effekt verə bilər.

 

Belə ki, 2017-ci ildə IX siniflər üzrə keçirilən buraxlış imtahanları göstərdi ki, biz hələ tam şəkildə buna hazır deyilik. 60 faizdən çox,  məhz 2 il sonra qəbul imtahanlarında iştirak edəcək şəxslərin aşağı qiymət alması birdən-birə sistem dəyişikliyi olsa ortaya çıxacaq problemlərdən xəbər verir”.

 

Ekspert qeyd edib ki, iki il sonra tətbiq olunan  üsul yenə də test olacaq, amma bizim vərdiş etdiyimiz qapalı test tapşırıqları yox.

 

 “Çünki testin bir üsulu yoxdur. Bununla bərabər digər əlavələr də olacaq. Esse yazılması, inşalar kimi əlavələr də olacaq. Qəbul imtahanlarında uğurlu məzun üçün tələb olunan bir sıra bilik və komptenesiyaları ölçmək qabiliyyətinə malik olan test olacaq. Bunu üstün tərəfləri var. Çünki bizim məzunların nitq, problemli situasiyadan çıxış kimi imkanları məhduddur. Danılmazdır ki, test imtahanının forması əmək bazarında tələb olunan müasir, uğurlu məzunun bir sıra kompetensiyalarını ölçmək qabiliyyətinə malik olmadığını görürük.

 

Ekspert hesab edir ki, ilk növbədə məzmun və formanı fərqləndirməliyik.

 

“Formal olaraq bu, test imtahanı sistemidir. Formal olaraq bu imtahanın əsas üstünlükləri insan faktorundan asılılığının minimal olması, qiymətləndirmə prosesində nəticələrin müəyyən mənada insan faktorundan aslı olmayaraq həyata keçirilməsidir. Bu, Azərbaycan kontekstində böyük üstünlükdür.

 

Bununla da obyektivlik təmin edilir. Ali məktəbə qəbul olan abituriyentlər yazı yaza bilmir, şifahi nitqi yoxdur. Onların yazılı və şifahi nitqinin inkişafı vacibdir. Bunu məqbul hesab edirəm. Düzdür, bir çox şəxslər düşünür ki, test sıradan çıxsa, obyektivlik yox olacaq. Lakin düşünürəm ki, yeni üsulda da obyektivlik qorunacaq”.


Mirmahmud KAZIMOĞLU
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
23 aydan ƏBƏDİYYƏT düzəldənlər - AXC qəhrəmanları, kimlikləri, məzarları
28.05.2018, 00:36

23 aydan ƏBƏDİYYƏT düzəldənlər - AXC qəhrəmanları, kimlikləri, məzarları

Azərbaycan Cümhuriyyətinin 100 yaşı tamam oldu - ŞANLI YUBİLEY 
28.05.2018, 00:02

Azərbaycan Cümhuriyyətinin 100 yaşı tamam oldu - ŞANLI YUBİLEY 

Nəsib bəy Yusifbəylinin məşəqqətli həyatı və  ölümü – Oğurlanan pullar, gizli qalan qatil   
27.05.2018, 23:45

Nəsib bəy Yusifbəylinin məşəqqətli həyatı və  ölümü – Oğurlanan pullar, gizli qalan qatil  

Azərbaycan Cümhuriyyətinin canlı varisi
27.05.2018, 23:15

Azərbaycan Cümhuriyyətinin canlı varisi

Gəncə-Sankt-Peterburq və Sankt-Peterburq-Gəncə reysləri yubanır
27.05.2018, 23:06

Gəncə-Sankt-Peterburq və Sankt-Peterburq-Gəncə reysləri yubanır

Bu yaz da Şuşaya gedə bilmədik...
27.05.2018, 22:51

Bu yaz da Şuşaya gedə bilmədik...

Azərbaycan cüdoçuları Avropa kubokunda 8 medal qazanıblar
27.05.2018, 22:38

Azərbaycan cüdoçuları Avropa kubokunda 8 medal qazanıblar

Ordumuzun 100 illiyi ilə bağlı fantastik pullar hazırlandı 
27.05.2018, 22:20

Ordumuzun 100 illiyi ilə bağlı fantastik pullar hazırlandı 

Türkiyə PKK-ya tarixi zərbə vurdu
27.05.2018, 22:06

Türkiyə PKK-ya tarixi zərbə vurdu

Ermənilər suyumuzu zəhərləyir
27.05.2018, 21:55

Ermənilər suyumuzu zəhərləyir

Dezodorantlar ozon təbəqəsinə zərər verir
27.05.2018, 21:43

Dezodorantlar ozon təbəqəsinə zərər verir

AXC-100-ə  həsr olunan qiraət müsabiqəsinin finalı keçirilib
27.05.2018, 21:31

AXC-100-ə  həsr olunan qiraət müsabiqəsinin finalı keçirilib

Rəsmi Pekin ABŞ-ı suverenliyini pozmaqda günahlandırıb
27.05.2018, 21:14

Rəsmi Pekin ABŞ-ı suverenliyini pozmaqda günahlandırıb

Hindistanda  bu virusdan ölənlərin sayı 14 nəfərə çatıb
27.05.2018, 20:54

Hindistanda  bu virusdan ölənlərin sayı 14 nəfərə çatıb

Ramazanın 12-ci gününün – DUASI VƏ TƏQVİMİ
27.05.2018, 20:40

Ramazanın 12-ci gününün – DUASI VƏ TƏQVİMİ

Saqqız çeynəmək arıqlamağa kömək edir
27.05.2018, 20:28

Saqqız çeynəmək arıqlamağa kömək edir

Polad Bülbüloğlu Bakının Moskvadan əsas gözləntisini açıqladı
27.05.2018, 20:12

Polad Bülbüloğlu Bakının Moskvadan əsas gözləntisini açıqladı

Rikkardo Monako Qran-prisinin qalibi olub
27.05.2018, 20:06

Rikkardo Monako Qran-prisinin qalibi olub

Azay Quliyevin  Cümhuriyyət haqqında məqaləsi  tanınmış dünya  portalında dərc edilib
27.05.2018, 18:37

Azay Quliyevin  Cümhuriyyət haqqında məqaləsi  tanınmış dünya  portalında dərc edilib

Ronaldu “Real”dan gedir?
27.05.2018, 17:52

Ronaldu “Real”dan gedir?

4 ayda Azərbaycanda 505 traktor, 130 avtomobil istehsal olunub
27.05.2018, 17:13

4 ayda Azərbaycanda 505 traktor, 130 avtomobil istehsal olunub

Ağır atletika üzrə yeniyetmələr arasında Azərbaycan birinciliyi başa çatdı
27.05.2018, 17:02

Ağır atletika üzrə yeniyetmələr arasında Azərbaycan birinciliyi başa çatdı

Biləsuvarda 16 yaşlı qız intihar etdi
27.05.2018, 16:20

Biləsuvarda 16 yaşlı qız intihar etdi

Azərbaycan XİN-dən Paşinyanın oğlunun Qarabağda hərbi xidmət keçməsinə REAKSİYA
27.05.2018, 16:11

Azərbaycan XİN-dən Paşinyanın oğlunun Qarabağda hərbi xidmət keçməsinə REAKSİYA

İsmayıllıda 60 kənd işıqsız, 7 kənd qazsız qaldı, mal-qaranı sel apardı
27.05.2018, 16:05

İsmayıllıda 60 kənd işıqsız, 7 kənd qazsız qaldı, mal-qaranı sel apardı

Türkiyənin məşhur aktyoru yol qəzasında öldü
27.05.2018, 15:57

Türkiyənin məşhur aktyoru yol qəzasında öldü

Fransalı nazir UFAZ-da oldu
27.05.2018, 15:54

Fransalı nazir UFAZ-da oldu

Məmmədyarovdan Ermənistana MESAJ: “Qoşunlarınızı dərhal Qarabağdan çıxarın!”
27.05.2018, 15:35

Məmmədyarovdan Ermənistana MESAJ: “Qoşunlarınızı dərhal Qarabağdan çıxarın!”

Gürcüstanda intihar edən azərbaycanlı tələbə haqda yeni AÇIQLAMA…
27.05.2018, 15:24

Gürcüstanda intihar edən azərbaycanlı tələbə haqda yeni AÇIQLAMA…

Makron Azərbaycana gələcək
27.05.2018, 15:18

Makron Azərbaycana gələcək

Sabahın havası - Bakıda 27 dərəcə isti olacaq
27.05.2018, 15:08

Sabahın havası - Bakıda 27 dərəcə isti olacaq

"Qarabağdakı hazırki vəziyyət münaqişənin həlli üçün yol deyil" - Fransadan ÇAĞIRIŞ
27.05.2018, 15:06

"Qarabağdakı hazırki vəziyyət münaqişənin həlli üçün yol deyil" - Fransadan ÇAĞIRIŞ

Avronest rəhbərliyindən Diaspor Komitəsinin sədrinə məktub gəldi
27.05.2018, 15:01

Avronest rəhbərliyindən Diaspor Komitəsinin sədrinə məktub gəldi

Fransa Qarabağ münaqişəsinin həllinə kömək edəcək - AÇIQLAMA
27.05.2018, 14:41

Fransa Qarabağ münaqişəsinin həllinə kömək edəcək - AÇIQLAMA

Çində 6 minə yaxın məmur cəzalandırıldı
27.05.2018, 14:04

Çində 6 minə yaxın məmur cəzalandırıldı

ARXİV
SORĞU
Türkiyədə səsvermə hüqüqunuz olsaydı, hansı namizədə səs verərdiniz?
Muharrem İnce (21.6%)
Meral Akşener (12.8%)
Rəcəb Tayyip Ərdoğan (57.2%)
Selahattin Demirtaş (1.54%)
Temel Karamollaoğlu (1.54%)
Doğu Perinçek (5.15%)