Modern.az

“Testi müvəqqəti bir dövrü üçün nəzərdə tutmuşduq” – Keçmiş nazirdən AÇIQLAMA

“Testi müvəqqəti bir dövrü üçün nəzərdə tutmuşduq” – Keçmiş nazirdən AÇIQLAMA

Təhsil

24 Avqust 2017, 12:26

Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadənin  “ASAN Radio”ya müsahibəsində  iki il sonra buraxılış və qəbul imtahanlarında yeni modein tətbiq ediləcəyini deyib.

 

“Gələn ilki abituriyentlər axırıncı dəfə test formasında imtahan verəcəklər” fikirləri isə cəmiyyətdə birmənalı qarşılanmır.

 

Keçmiş təhsil naziri Firudin Cəlilov Modern.az-a açıqlamasında DİM sədrinin fikilərini belə şərh verib.

 

“Bu, imatahanla bağlı reformadır. Sadəcə, yeni islahatlarda hansı mexanizmin tətbiq ediləcəyi hələ ki, açıqlanmayıb. O açıqlansa,  bunun perspektivinin olub-olmayacağını dəyərləndirə bilərik.  Hər halda, qəbul sistemində islahat gedirsə, bu, təhsilin xeyrinədir. Bundan ziyanlı bir şey gözləmək lazım deyil”.

 

Test üsulunun ləğvi rüşvətə yol aça bilərmi? Sualına keçmiş təhsil nazirinin cavabı belə olub.

 

“Əslində, agah olmadığımız  məsələdən danışa bilmirik. Gərək ortalığa qoyalar ki, biz də nəsə deyə bilək. Amma o vaxt çox çətin bir vaxtda  test üsulunu təhsil sisteminə gətirdik. Məqsəd də o  idi ki, ədaləti bərqərar edək. Ədalət də bərqərar olundu. Sağ olsunlar onu davam etdirirlər. Sadəcə, test üsulunda islahat lazımdır. Bunun müsbət və fəsad verən tərəfləri var. Artıq fəsadlar ortalığa çıxır. Abituriyentlər konkret olaraq bir-iki fənni öyrənirlər o birilərindən xəbərləri olmur.

 

Kitab oxumurlar, yazı yazmırlar. Bu da get-gedə uşaqlarda savadsızlıq yaradır. Hətta 600-dən yuxarı bal toplayan tələbələrin bir qismi universitetə daxil olandan sonra oxuya bilmirlər.

 

Danışıq və oxu vərdişini itiriblər. Test üsulunu o zaman təhsil sisteminə gətirəndə bunları bilirdim. Buna görə də testi müvəqqəti bir dövr üçün nəzərdə tutmuşduq ki, sistem oturuşsun və valideynlər bunun fəsadlarını başa düşəndən sonra buna bir düzəliş olsun. Ona görə də gözləyək görək necə olacaq”

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir