21 sentyabr 2017, Cümə axşamı
Ana Səhifə - MÜSAHİBƏ - “Qarabağ”ın keçmiş prezidenti: “Nə əziyyətim varsa, komandanın halal xoşu olsun” - MÜSAHİBƏ  
“Qarabağ”ın keçmiş prezidenti: “Nə əziyyətim varsa, komandanın halal xoşu olsun” - MÜSAHİBƏ  
24.08.2017, 14:47

Azərbaycan futbolunun tanınmış siması, “Qarabağ” futbol klubunun keçmişprezidenti Adil Nadirov Modern.az-a müsahibə verib.

 

Onunla söhbəti təqdim edirik:

 

- Adil müəllim səhətinizlə bağlı müəyyən narahatlığınız vardı. Hazırda necəsiniz?

 

- İflic olduqdan sonra vəziyyətim bir o qədər də yaxşı deyil. Maşın da sürə bilmirəm. Sağolsun “Qarabağ” ın rəhbərliyi, oyunçuları. Tez-tez gəlib mənə baş çəkirlər. Telefonla əlaqə saxlayırlar. Mən də hərdən bir gedib, onlara baş çəkirəm. Mən komandamdan çox razıyam. Bu gün də “Qarabağ”a görə yaşayıram.

 

- Ötən günləri necə xatırlayırsınız?

 

- Çox güclü futbolçularla birgə oynamışam.  Elbrus Abbasov, Şəfəq Hümbətəliyev, Allahverdi Bağırov, Saşa və s. O zaman futbola böyük maraq var idi. Amma indi belə deyil. “İmarət” stadionunda iynə atsan yerə düşməzdi. Əvvəllər oyunlara daha çox azarkeşlər gəlirdi, onlar çılğınlıqla yadda qalırdılar. İndi də “Qarabağ”ın çoxlu azarkeşi var.

 

- Geriyə nəzər saldıqda ən çox nəyə təəssüflənirsiniz?

 

- Kaş ki, Ağdamda olaydıq. Elə komanda yaratmışdım ki, 10 il dalbadal çempion olardıq. Amma sevindiyim odur ki, çox əziyyətlər hesabına olsa da, komandanı yaşatmışam. Qarabağ adı bizim üçün çox doğmadır, əzizdir. Qardaşım Ərşad bu torpaqlar uğrunda gedən döyüşlərdə şəhid olub. Mən isə vuruşmasam da, “Qarabağ” komandasını yaşatmaq üçün çalışmışam və çox xoşbəxtəm ki, buna nail olmuşam. Hətta komanda dağılmaq təhlükəsiylə üzləşdiyi zamanlarda mövcud vəziyyəti futbolçulardan gizlətmişəm və yalnız Allaha ümid etmişəm. Bir daha “Qarabağ”ı yaşada bildiyimiz üçün özümü xoşbəxt hesab edirəm. Ötən illərdə komandanın yaşamasında bir sıra futbolçular böyük əmək sərf ediblər. Biz “Qarabağ”la yaşayıb onu yaşatmışıq. Bunu həmişə özümüzə borc saymışıq. Nə əziyyət çəkmişəm, hamısını halal edirəm. Hələ Ağdamda oynayanda “Qarabağ”ın gələcəkdə Avropada sözünü deyəcəyini bildirəndə çoxları istehza ilə yanaşırdı. Yaxşı yadımdadır ki, UEFA Kubokunda Finlandiyada “MüPa-47” ilə oyundan əvvəl gördüm ki, “Qarabağ” “Karabax” kimi yazılıb. Əsasən bu sözü ermənilər işlədirlər. İradımı bildirərək, meydana çıxmayacağımızı dedim. Qısa müddət sonra tələbim yerinə yetirildi. Ümumiyyətlə, “Qarabağ” min bir əziyyətlər çəkib. Elə olub ki, 1 il ərzində 4 şəhər dəyişmişik. Gah Mingəçevir, gah Şirvan, gah Bakı, gah da Sumqayıtda məskunlaşmışıq.

 

Komandanı yaşatmaq üçün bunları etmişəm. “Qarabağ”ı “Azərsun Holdinq” sponsorluğa götürənə kimi  klubun yaşamasında ən çox Yusif İldırımzadənin rolunu qeyd etmək istərdim. Bundan başqa, Nazim Abdullayev, Zakir Tağıyev, Yunis İldırımzadə və digərlərinin də köməyi dəyib.  Ancaq zaman hər şeyi yoluna qoydu. Allahın köməyilə komanda üçün arzuladıqlarımı həyata keçirə bildim. 2001-ci ildə “Azərsun Holdinq”in prezidenti Abdulbari Gözəl klubu himayədarlığa götürəndə, “Bu komanda ona görə yaşamalıdır ki, adı Qarabağdır və ermənilərə bu torpağın Azərbaycanın olduğunu bir daha sübut edəcəyik” kəliməsi yaxşı yadımdadır. Mən başda Abdulbari bəy olmaqla Tahir Gözələ təşəkkür edirəm ki, “Qarabağ”ı yaşatmaq üçün neçə illərdir əziyyət çəkirlər.

 

 - Bildiyimiz kimi “Qarabağ” komandası dünən Azərbaycan futbol tarixində daha bir ilkə imza atdı. Çempionlar Liqasının qrup mərhələsinə yüksəldi. Bu barədə təssüratlarınızı almaq istərdik..

 

 - Mənim “Qarabağ”ın üzərində çox böyük əziyyətim olub. 10 il qaçıqn komanda saxlamışam. Allah Abdulbari Gözələ, Qurban Qurbanova dəyməsin. O, çox bacarıqlı məşqçidir. Qurbanın bu komandanın da üzərində çox böyük əziyyəti var. Bütün futbolçuları da təbrik edirəm. “Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsinə yüksəlməsi tarixi qələbədir. Sevincimin həddi-hüdudu yoxdur. “Qarabağ” hər zaman Azərbaycanın sayılıb-seçilən komandası olub. İndi də elədir. Bu qələbə uzun illərin əziyyətinin bəhrəsidir.  Mən dünən oyuna baxandandan sonra necə həyəcanlanmışdımsa, hardasa bir saat yarım divandan tərpənə bilmirdim. Çox həyəcanlanmışdım. “Qarabağ” çox çətin mərhələni keçdi.

 

- Bəs klubunun oyunçuları ilə görüşünüz olacaqmı?

 

- Bəyaq bütün oyunçuların çoxu ilə görüşmüşəm. Qurban müəllimlə görüşmüşəm. Onlar bir qəhrəmandırlar. Sevinc təəssüratlarımı sözlə ifadə edə bilmirəm. Qurban mənim gözümün içinə baxıb deyir ki, “bax çıxdıq haa Avropaya”. Nə əziyyətim varsa, komandanın halal xoşu olsun.

 

- Bildiyimiz kimi Milli qəhərman Allahverdi Bağırov “Qarabağ” ın ilk məşqçisi olub. Allahverdi müəllimi necə xatırlayırsınız?

 

 - Allahverdi mənim sinif yoldaşım olub həm də bir məhəllədə qalırdıq. O, da “Qarabağ” komandasında oynayıb və daha sonra məşqçi işləyib. Allahverdi müəllimdən sonra mən “Qarabağ”a rəhbərlik etdim.  Allahverdi çox yaxşı dost, etibarlı insan və yaxşı məşqçi idi. O hər yerdə birinci olmaq istəyərdi. “Qarabağ” Çempionlar Liqasının qrupuna düşməklə onun ruhunu şad etdi. Allahverdi Azərbaycanın həqiqətən də Milli Qəhrəmanıdır. O ad verilməmişdən əvvəl də Milli Qəhrəman idi.

 

 “Qarabağ” hər zaman güclü komanda olub. Keçmişdə də, indi də. Amma bu günkü kimi maddi durumu yaxşı olmayıb.  Biz futbolçulara maaşı güclə verirdik. Azərbaycan müstəqillik qazandıqdan sonra isə klubun hər şeyi oldu. Mən 1980-cı ildə  Ağdamda oynayanda “Qarabağ”ın gələcəkdə Avropada sözünü deyəcəyini bildirəndə çoxları istehza ilə yanaşırdı. Amma bu gün Avropanın ən güclülərindədir.

 


Mirmahmud KAZIMOĞLU
Xəbərin müəllifi

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
İlham Əliyev BMT Baş katibi ilə görüşdü - Yenilənib, FOTO
21.09.2017, 01:03

İlham Əliyev BMT Baş katibi ilə görüşdü - Yenilənib, FOTO

ABŞ-da orta məktəbdə silahlı insident
21.09.2017, 00:42

ABŞ-da orta məktəbdə silahlı insident

Meksikada 3 günlük matəm elan edildi
21.09.2017, 00:27

Meksikada 3 günlük matəm elan edildi

Azərbaycan nefti bahalaşıb
20.09.2017, 23:58

Azərbaycan nefti bahalaşıb

Azərbaycan Qoşulmama Hərəkatının prinsiplərinə xüsusi diqqət ayırır
20.09.2017, 23:43

Azərbaycan Qoşulmama Hərəkatının prinsiplərinə xüsusi diqqət ayırır

Aşıq Ədalətin çəkildiyi və saz ifa etdiyi filmlər - “Çal, aşıq, komsomolun canı...”
20.09.2017, 23:26

Aşıq Ədalətin çəkildiyi və saz ifa etdiyi filmlər - “Çal, aşıq, komsomolun canı...”

Nikahdankənar uşaqlar ən çox bu rayonlarda doğulub
20.09.2017, 23:09

Nikahdankənar uşaqlar ən çox bu rayonlarda doğulub

Daşkəsən sakini həyat yoldaşı və qayınanasını bıçaqlayıb
20.09.2017, 22:53

Daşkəsən sakini həyat yoldaşı və qayınanasını bıçaqlayıb

Yaponiya yenidən silkələndi
20.09.2017, 22:38

Yaponiya yenidən silkələndi

İlham Əliyev Trampla görüşdü
20.09.2017, 22:23

İlham Əliyev Trampla görüşdü

FED uçot dərəcəsini dəyişmədi
20.09.2017, 22:15

FED uçot dərəcəsini dəyişmədi

Dar şalvar, sıx büshalter, hündürdaban ayaqqabılar – GEYİM VƏ SAĞLAMLIQ
20.09.2017, 22:06

Dar şalvar, sıx büshalter, hündürdaban ayaqqabılar – GEYİM VƏ SAĞLAMLIQ

"Bank əməkdaşı" təqaüdçüləri aldatdı - VİDEO
20.09.2017, 21:49

"Bank əməkdaşı" təqaüdçüləri aldatdı - VİDEO

Xanımların gözəl görünmək istəyi qarşısında ƏZİYYƏT ÇƏKƏN KİŞİLƏR
20.09.2017, 21:33

Xanımların gözəl görünmək istəyi qarşısında ƏZİYYƏT ÇƏKƏN KİŞİLƏR

20.09.2017, 21:17

"ABŞ beynəlxalq razılaşmaları pozur" - Ruhani

İlham Əliyev BMT-də çıxış etdi: Hərbi cinayətkarlardan biri Ermənistanın indiki prezidentidir - YENİLƏNİB-3
20.09.2017, 21:03

İlham Əliyev BMT-də çıxış etdi: Hərbi cinayətkarlardan biri Ermənistanın indiki prezidentidir - YENİLƏNİB-3

Dünya Bankının nümayəndələri DİM-də müzakirə apardı
20.09.2017, 20:49

Dünya Bankının nümayəndələri DİM-də müzakirə apardı

Xaçmazda meşə yanğını söndürülüb - Yenilənib
20.09.2017, 20:35

Xaçmazda meşə yanğını söndürülüb - Yenilənib

Erməni deputatlar sabah Bakıya gəlir
20.09.2017, 20:23

Erməni deputatlar sabah Bakıya gəlir

UEFA final oyunu üçün Bakını seçdi
20.09.2017, 20:07

UEFA final oyunu üçün Bakını seçdi

Hərbi Akademiyada elmi-praktik konfrans keçirilib
20.09.2017, 19:56

Hərbi Akademiyada elmi-praktik konfrans keçirilib

UEFA Super Kubokunun finalı İstanbulda keçiriləcək
20.09.2017, 18:57

UEFA Super Kubokunun finalı İstanbulda keçiriləcək

Moskvanın mərkəzində bomba həyəcanı
20.09.2017, 18:41

Moskvanın mərkəzində bomba həyəcanı

Tovuzda qəza: yaralananlar var
20.09.2017, 18:33

Tovuzda qəza: yaralananlar var

İlham Əliyev Malta Prezidentini təbrik edib
20.09.2017, 18:08

İlham Əliyev Malta Prezidentini təbrik edib

"Qarabağ" - “Roma” oyununa yalnız 2 manatlıq biletlər qalıb   
20.09.2017, 17:50

"Qarabağ" - “Roma” oyununa yalnız 2 manatlıq biletlər qalıb  

İraq kürdlərinin referendumu yeni müharibəyə səbəb olacaq
20.09.2017, 17:48

İraq kürdlərinin referendumu yeni müharibəyə səbəb olacaq

Qardaşının Üzeyir Hacıbəyliyə məktubu: “Borclular məni əldən saldı, arvadımdan çox utanıram”   
20.09.2017, 17:43

Qardaşının Üzeyir Hacıbəyliyə məktubu: “Borclular məni əldən saldı, arvadımdan çox utanıram”  

Dollar və manatın sabahkı MƏZƏNNƏSİ
20.09.2017, 17:29

Dollar və manatın sabahkı MƏZƏNNƏSİ

Məhkəmə-Hüquq Şurası dövlət orqanlarının təsnifat siyahısına daxil edilir   
20.09.2017, 17:27

Məhkəmə-Hüquq Şurası dövlət orqanlarının təsnifat siyahısına daxil edilir  

Bakı, yoxsa Madrid? - UEFA qərarı bu gün açıqlayır
20.09.2017, 17:17

Bakı, yoxsa Madrid? - UEFA qərarı bu gün açıqlayır

“Space”də maaşlar kəsilib? - Telekanaldan iddialara CAVAB VERİLDİ   
20.09.2017, 17:04

“Space”də maaşlar kəsilib? - Telekanaldan iddialara CAVAB VERİLDİ  

ADU-nun rektoru əcnəbilərlə görüşüb
20.09.2017, 17:00

ADU-nun rektoru əcnəbilərlə görüşüb

XİN: Qarabağa gedən konqresmenlər erməni lobbisindən asılıdır
20.09.2017, 16:58

XİN: Qarabağa gedən konqresmenlər erməni lobbisindən asılıdır

Universitetin klinikası tibbi xidmətlər təklif edir
20.09.2017, 16:56

Universitetin klinikası tibbi xidmətlər təklif edir

ARXİV
SORĞU
Məhərrəmliyin əsas şərtlərini qəbul edirsiniz?
- Bəli qəbul edirəm və Kərbəla şəhidlərinə mütləq yas saxlayacam (46.7%)
- Məhərrəmliyin şərtləri yalnız şiələr üçündür(8.98%)
- Bu şərtlərin heç birini qəbul etmirəm(13.1%)
- Məhərrəmlık əsl İslama ziddir(31.1%)