Modern.az

Nəbzinizi yoxlayın ki, SAĞLAMLIĞINIZIN NƏBZİNİ TUTA BİLƏSİNİZ

Nəbzinizi yoxlayın ki, SAĞLAMLIĞINIZIN NƏBZİNİ TUTA BİLƏSİNİZ

Mədəni̇yyət

25 Avqust 2017, 20:44

Cəmisi 1 dəqiqə ərzində sağlamlığınızdan xəbərdar olmaq istəyirsinizsə nəbzinizi yoxlayın. Nəbz vurğularının sayı sizə sağlamlıq durumunuz haqqında çox şeylər deyəcək.

Madern.az saytının sağlamlıqla bağlı növbəti yazısı da məhz bu haqdadır.

Hələ 5 min il əvvəl şərq təbabətində nəbz diaqnostikası ilə xəstəlikləri aşkar edərək müəyyənləşdiriblər. Tibet loğmanları bu üsuldan geniş istifadə edərək nəinki xəstəlikləri, hətta insanların daxili hisslərini, emosiyalarını, keçirdikləri həyəcanların səbəbini də öyrənə biliblər.

Nəbzlə orqanizmin vəziyyətini öyrənmək müasir dövrdə də xalq təbabətində geniş tətbiq olunur. O cümlədən insanlar özləri də bu vasitədən istifadə edərək sağlamlıqları haqqında ilkin təsəvvür əldə edə bilərlər.

 

Əvvəlcə nəbz vurğularının yaşa görə norma saylarına nəzər yetirək:

Yeni doğulmuş uşaqlarda sakit vəziyyətdə nəbz vurğularının sayı dəqiqədə 140;

1 yaşa çatdıqda dəqiqədə 130 vurğu;

1-2 yaşlarında 100 vurğu:

3 yaşdan 7 yaşa qədər 95 vurğu;

8-14 yaşlarında 80 vurğu;

14 yaşdan başlayaraq orta yaş dövrlərində 72 vurğu;

50-55 yaşdan sonra dəqiqədə 65 vurğu.

 

Nəbzin dəqiq ölçülməsi üçün ən yaxşı vaxt səhər yuxudan oyanan kimidir. Yaxud gündüz 11-13 saatları arasında. Yəni, səhər və günorta yeməklərinin arasındakı vaxtda. Aşağıdakı hallarda nəbzin ölçülməsi yanlışlıq yaradır:

1. Qida, alkoqol və dərman qəbulundan sonra

2. Güclü aclıq hissi zamanı

3. Gərgin fiziki və zehni işdən sonra

4. Vanna qəbul etdikdən sonra

5. Cinsi əlaqədən sonra

6. Hədsiz isti, yaxud soyuq havadan qayıtdıqdan sonra

7. Gecə yuxusuzluğundan sonra

Nəbz vurğularının sayı dəqiqədə 100-dən artıq və ya 50-dən az olarsa bu orqanizmdə, xüsusilə ürəyin fəaliyyətində ciddi problemlərdən xəbər verir. Belə olan halda həkimə müraciət etmək vacibdir. Həmçinin, nəbzi tapmaq çətin olduqda və nəbz vurğuları ritmik olmadıqda bu da sağlamlıqda mövcud olan problemlərə işarədir.

Nəbzinizi ölçərkən 15 və ya 30 saniyədəki vurğuların sayını müvafiq olaraq 4-ə və 2-yə vurmaqla nəticə əldə etməyin. Bu rəqəmdə yanlışlıq ehtimalı böyükdür. Daha dəqiq nəticə əldə etmək istəyirsinizsə bütöv 1 dəqiqə ərzindəki vurğuların sayını əsas götürün.

Ümumilikdə, orta yaşlı sağlam insanın nəbz vurğularının sayı 60-80 arası olmalıdır. Bu göstəricinin aşağı və yuxarı həddi insanın boyu, qadın və kişi cinsindən olmasından asılıdır.

Müntəzəm olaraq nəbzinizi yoxlayın ki, sağlamlığınızın nəbzini tuta biləsiniz. Bunun üçün isə sizə cəmisi 1 dəqiqə vaxt lazımdır.

Twitter
Sizə yeni tvit var
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi