Modern.az

Veteran jurnalist Müştəba Əliyev dünyasını dəyişib

Veteran jurnalist Müştəba Əliyev dünyasını dəyişib

Aktual

26 Avqust 2017, 00:12

Veteran jurnalist Müştəba Əliyev dünyasını dəyişib. Modern.az xəbər verir ki, bu barədə Qarabağ Azadlıq Hərəkatının sədri Akif Nağı məlumat verib.

Akif Nağı qeyd edib ki, veteran jurnalist, gözəl insan, Qarabağ dərdlisi, əsl vətəndaş Müştəba Əliyev ağır xəstəlikdən sonra dünyasını dəyişib: "Bu fədakar insanın həyatını xilas etmək üçün zəhmət çəkən hər kəsə, Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşova, dövlət qurumlarına, dostlara, qohumlara təşəkkür edirik. Heyf ki, çəkilən zəhmətlərin nəticəsi olmadı. Allah bilən məsləhətdi. Müştəba müəllimin ömrü bu qədərməş. Allah o dünyasını versin!"

Allah rəhmət eləsin.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü