Modern.az

Həcc Kəbəni tərk edincə başlar – İlahiyyatçıdan ÇAĞIRIŞ

Həcc Kəbəni tərk edincə başlar – İlahiyyatçıdan ÇAĞIRIŞ

26 Avqust 2017, 14:57

Hazırda azərbaycanlı zəvvarlar  Həcc ziyarətindədirlər. Artıq bu gün zəvvarların son qrupları da yola salınıb. Bu il Azərbaycandan Həccə 900 zəvvar gedib.

Maraqlıdır, qayıdandan sonra  bu insanların hamısını hacı adlandırmaq olarmı?

 

Bütün dinlərdə Həcc ziyarəti var

 

İlahiyyatçı Elşad Miri Modern.az-a açıqlamasında bildirib ki, əslində İslamda “Hacı”anlayışı  yoxdur. Onun sözlərinə görə, bu, sonradan uydurulmuş məsələdir:

“Beynəlxlaq tədbir keçiriləndə müxtəlif ölkələr bir yerə yığılır və müəyyən mövzu ətrafında çıxışlar, müzakirələr aparırlar. Həcc ziyarəti də belədir.

 

Bu zaman müsəlmanlar eyni yerə, yəni Kəbəyə toplaşır, müəyyən məsələlərin həlli ilə bağlı addımlar atılır. Bütün dinlərdə Həcc var. Hinduizm, xristianlıq, yəhudilikdə də insanlar  bu cür ziyarətlər edirlər. Məsələn, İzmirdə Məryəm Ana deyilən yeri yaxud  Qüdsü ziyarət etməklə “hacı” oluna bilirsə, müsəlmanlarda bu məsələ Məkkə şəhərindəki Kəbə ilə bağlıdır.

 

Amma məsələ ora gedib oteldə qalmaqla bitməməlidir. Təbii ki, burada həm ibadət , həm də insanlarla ünsiyyət  önəmlidir. Həcc yekunlaşandan sonra isə orada keçirilən anlar davam etdirilməlidir. Buna görə  də Həcc Kəbəni tərk edincə başlar”.

 

“Müsəlmanlar Məkkə, Mədinə şəhərindən qırağa çıxa bilmir”

 

İlahiyyatçı İslamda  peyğəmbərlikdən başqa dini rütbə olmadığını qeyd edib:

 

“İnsan  başqa ölkəyə gedən zaman müşahidələr aparır və həyatında dəyişikliklər olur. Allah Quran kitabının bir çox ayəsində də buyurub ki,  yer üzündə gəzib dolaşın. Məsələn, bir ayədə “sizdən əvvəlkilərin başına nələr gəldiyini görün”, digərində “yaradılışın necə həyata keçdiyini öyrənin” qeyd edilib. Təəssüflər olsun ki, insanların əksəriyyəti Məkkə, Mədinə şəhərindən qırağa çıxa bilmir.

 

Amma həmin yerlərdə ərəblərin ilk gəlişi, insanların formalaşması ilə bağlı bir çox nüansların əks olunduğu şəhərlər də var.

İnsanlarımız fəaliyyəti sadəcə otel-Kəbə, Mədinə-Məscid-Otel istiqamətindən olur və bu doğru deyil. Bu gün bizim xəlifə deyə təsvir etdiyimiz şəxslərin əslində heç biri xəlifə olmayıb.

 

Onlara əmirəl-möminin deyilirdi. Xəlifəlik məsələsi sonradan uydurulmuş məsələdir. Amma peyğəmbərlik Allah tərəfindən verilən elçilik missiyasıdır. Bundan başqa islamda hər hansı dini  rütbə və ya ad yoxdur. Hacı anlayışı ərəb ölkələrində yoxdur. Bu Türkiyə, Azərbaycan kimi ölkələrdə vüsət alıb”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi