Modern.az

İsraildən BMT-yə hədə: Maliyyələşdirməyəcəyik

İsraildən BMT-yə hədə: Maliyyələşdirməyəcəyik

Dünya

27 Avqust 2017, 21:33

BMT-nin baş katibi Antoniu Quterreşin İsrailə səfəri gözlənilir. Modern.az xarici mediaya istinadən xəbər verir ki, səfərin gedişatında BMT-nin baş katibinə bir sıra mesajlar veriləcək.

İsrail Xarici İşlər Nazirliyi başçının müavini Sipi Xotovelinin məlumatına görə, ona bildiriləcək ki, ölkə təşkilatın daxilində özünə qərəzli münasibət bəslənilməsinə dözməyəcək: "Əgər BMT öz davranışını əhəmiyyətli şəkildə dəyişdirməyəcəksə, onda o, İsrail və başqa ölkələr tərəfindən dəstəyi və maliyyələşdirməni itirəcək. Artıq ABŞ da öz mövqeyini dəyişib. O açıq bəyan edib ki, daha İsrailə qərəzli münasibətə dözməyəcək”.

 

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?