Modern.az

Türkiyədə teleaparıcı qətlə yetirildi

Türkiyədə teleaparıcı qətlə yetirildi

Dünya

27 Avqust 2017, 23:17

Türkiyədə məşhur televiziya aparıcısı qətlə yetirilib. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə İstanbulun Beşiktaş rayonu ərazisindəki məşhur otellərdən birində baş verib. Belə ki, oteldə odlu silah yarası alan 1 qadın və 1 kişi meyiti aşkar edilib.

İlkin araşdırma zamanı məlum olub ki, qətlə yetirilən kişi tanınmış teleaparıcı Vatan Şaşmazdır. Faktla bağlı araşdırmalar davam etdirilir.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?