Modern.az

Cümhuriyyətlə bağlı yazılan mahnını Brilliant Dadaşova yenidən oxusun - TƏKLİF

Cümhuriyyətlə bağlı yazılan mahnını Brilliant Dadaşova yenidən oxusun - TƏKLİF

28 Avqust 2017, 15:32

Gələn il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi dövlət səviyyəsində qeyd ediləcək. Bir çox mədəni-humanitar qurumlar, QHT-lər, eləcə də dövlət təşkilatları, elmi müəsssisələr bu istiqamətdə müəyyən kimi işlər görməyi planlaşdırırlar.

 

Modern.az silsilə şəklində aiddiyyatı orqan və mədəni-humanitar təşkilatların “AXC-100” mövzusunda görəcəyi işlərlə bağlı ictimaiyyəti bilgiləndirməyə çalışacaq.

Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun böyük elmi işçisi , professor Vüqar Əhməd Cümhuriyyətin 100 illiyi ilə bağlı həm özünün, həm də çalışdığı institutun görəcəyi işlərdən danışıb:

 

“Qarşıdan böyük bir tarix - Cümhuriyyətimizin 100 illik yubileyi gəlir. Cümhuriyyətimiz o zaman qurulmasaydı, biz bu gün müstəqilliyimizi bərpa edə bilməzdik. Məhəmməd Əmin Rəsulzadə haqqında yeganə romanı mən yazmışam. Roman onun 130 illiyində çıxıb. Təqdimatı oldu, oxucular tərəfindən də yaxşı qarşılandı. Bu gün də çalışdığım Nizami adına Ədəbiyyat İnstitutu AXC-nin 100 illik yubileyi ilə bağlı monoqrafiyalar, araşdırma kitablar üzərində işləyir. İnstitutun direktoru akademik İsa Həbibbəylinin rəhbərliyi altında bu işlər görülür. Mən özüm AXC-dövrünün ədəbi mühiti haqqında kitab yazmışam.

 

Yubiley üçün həmin monoqrafiyanı yenidən təkmilləşdirmək istəyirəm. Prezidentin Rəsulzadənin 130 illik yubileyi ilə bağlı sərəncamı bu sahədə işləri sürətləndirdi. Xeyli işlər görüldü. Başda Şirməmməd Hüseynov, Nəsiman Yaqublu olmaqla bir neçə araşdırmaçı vacib əsərlər ortaya qoydular.

 

Amma Cümhuriyyət dövrünün hər bir fədaisi- Topçubaşov, Nəsib bəy Yusifbəyli, Fətəli Xan Xoyski, Mirzəbala Məmmədzadə və s haqqında bu cür dəyərli monoqrafiyalar yazılmalıdır. Bizim institut təbii ki, sırf ədəbi prizmadan çıxış edəcək, AXC dövrünün ədəbiyyatı, həmçinin, o dövr və şəxsiyyətləti haqqında yazılan əsərləri tədqiq edəcək.

 

Amma burada daha böyük iş Tarix İnstitutunun öhdəsinə düşür. Həm tarix, həm də digər humanitar təşkilatlar bu yolda əllərindən gələni etməlidirlər. AXC dövrünün mətbuatı, təhsili, tibbi, pedaqoji həyatı və başqa sahələri ayrı-ayrılıqda tədqiq edilməlidir”.

 

Vüqar Əhməd açıqlamasında maraqlı bir fakta da toxunub. Onun 1990-cı illərin əvvəllərində yazdığı “Cümhuriyyət bayramı” adlı şeirə bəstələnən mahnı uzun illər hər il 28 May Respublika Günü münasibətilə səsləndirilib. Təəssüf ki, xalq artisti Brilliant Dadaşovanın bir zaman oxuduğu məşhur mahnı uzun illərdir ki, efirlərdə səslənmir.

 

Şair həmin mahnının yenidən yazılmasını və 100 illik yubiley ərəfəsində efirlərdə səsləndirilməsini arzulayır:

 

“25 il bundan əvvəl Cümhuriyyətlə bağlı bir mahnı yazmışdım.

 

AzTV-də ən çox 1993-1994-cü ildə səsləndirilirdi. Brilliant Dadaşova əzəmətli orkestrlə oxuyurdu. Adı “Cümhuriyyət bayramı”adlanırdı. İstərdim ki, Brilliant xanım o mahnını yenidən yazdırıb, səsləndirsin. Başqa müğənni də oxusa olar, amma Brilliant xanım uzun illər onu çox gözəl ifa edib:

 

“Uzun illər bundan öncə Paytaxı oldu Gəncə.

Nələr çəkdi bu şəhərim, istiqlala yer verincə.... -bu misralarla başlayırdı.  

 

Uzun müddət hər il Respublika günündə Aztv-nin efirində səsləndirilirdi.”

 

N.Nihad

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı