20 noyabr 2017, Bazar ertəsi
Ana Səhifə - REPORTAJ - Brejnevin  Dalay Lama ilə 33 dəqiqəlik görüşü, Baş katibi xilas edən QARA MÖCÜZƏ
Brejnevin  Dalay Lama ilə 33 dəqiqəlik görüşü, Baş katibi xilas edən QARA MÖCÜZƏ
28.08.2017, 20:59

Bir kommunist kimi Leonid İliş Brejnev görücülərə, falçılara, “möcüzə” yaradanlara, işin içində olmayıb əvvəlcədən fikir söyləyənlərə inanmayıb. Hətta dünyada çox populyar olan bu cür insanları o ciddiyə almayıb. Ancaq baş verən bir hadisə Baş katibi fikirlərindən daşınmağa məcbur edib. Modern.az saytı Brejnevin Hindistana rəsmi səfəri zamanı baş verən olay haqqında yazını təqdim edir.

 

İndira Qandinin sarayında görüşlərin birində SSRİ-nin Hindistandakı səfiri Nikolay Peqov bir nəfər kiçik boylu adamı Brejnevə göstərərək onun haqqında baş katibə maraqlı məlumatlar verməyə başlayıb:

- Bu Dalay Lamadır, böyük nüfuza malik bir şəxsdir. O çox şeyləri görür, hiss edir, cəmisi bir iki seansa ən ağır xəstəlikləri müalicə etmək qabiliyyətinə malikdir. Beləsi heç Kremldə də yoxdur.

Təbii ki, bu təqdimat Brejnevi qətiyyən maraqlandırmayıb. Peqov isə baş katibi inandırmaq üçün təqdimatını davam etdirib:

- Leonid İliç, o gözübağlı oxumağı bacarır, rentgensiz, analizsiz diaqnozları müəyyənləşdirir, baxışları ilə stolun üstündəki kiçik əşyaları hərəkətə gətirə bilir.

Səfir xəstəliklərin diaqnozundan danışanda Brejnev gülümsəyərək səfirə deyib ki, indi bunu yoxlayarıq.

Brejnevlə Dalay Lama bir-birlərinin əlini sıxanda bu qeyri-adi şəxs baş katibin əlini bir müddət buraxmayıb və üzünü tərcüməçiyə tutub:

- Mötəbər qonağımız düz on üç il bundan əvvəl infarkt keçirib. Hazırda da onun ürəyində hər şey qaydasında deyil.

Brejnev təəcübünü gizlədə bilməyib:

- Bu qədər dəqiqliyi təsəvvür edə bilməzdim. Həqiqətən də 13 il bundan əvvəl Qazaxstanda işləyərkən infarkt keçirmişdim. Hazırda ürəyimdə də problemlər var. Bu uzaqgörən daha nə deyə bilər?

Dalay Lama fikirlərini davam etdirib:

- Qonağımızın ovcunun içindəki işarələrdən söyləyə bilərəm ki, baş katibi ölümlə nəticələnə biləcək hadisələr gözləyir.

Tərcüməçi bu məqamda onun sözünü kəsib:

- Biz vətənə dönəndə təyyarə qəzaya uğramayacaq ki?

- Yox, bu hadisələr yerdə baş verəcək. Mən möhtərəm qonağımıza bir hədiyyə edəcəm. Bu hədiyyəm onu qoruyacaq.

Dalay Lama köməkçisinin qulağına nə isə deyib və o, tələsik addımlarla otağı tərk edib. Qısa bir müddətdən sonra xüsusi qutunun içində qara pişik gətirib.

- Siz mənim hədiyyəmi qəbul edirsinizmi?

Brejnev təşəkkürünü bildirib:

- Əlbəttə ki. Çox sağ olun.

 

Dalay Lama öz dilində nə isə danışmağa başlayıb, sonra Brejnevin əlini pişiyə yaxınlaşdırıb. Pişik Brejnevin əlini iylədikdən sonra nəyi isə təsdiqləyirmiş kimi artıq gələcək sahibinə baxıb. Sonra pişiyi yerə buraxıblar. O elə həmin andaca yeni sahibinin ayağına sıxılıb.

Brejnevə başa salıblar ki, pişik nə vaxt onun ayağından yapışıb saxlasa, narahat səslər çıxarsa, demək ehtiyatlı olmaq lazımdır, qarşıda təhlükə var. Və bir də onu deyiblər ki, pişik öldükdən sonra onun sahibi çox yaşamayacaq. Daha sonra pişiyin saxlanılması ilə bağlı məsləhətlər veriblər:

- Bu pişik siz yaşadığınız evdə saxlanılmalıdır. Onu şəxsən siz özünüz yedizdirməlisiniz. O yalnız sizin əlinizdən yeməyi almalıdır. Qidası isə yalnız çiy ət olmalıdır.

Brejnev digər məsələləri də aydınlaşdırıb:

- Bəs mən xarici səfərlərdə olarkən onu kim yedizdirəcək?

- Siz onu özünüzlə apararsınız. Axı o sizin əsas mühafizəçilərinizdən biri olacaq.

Beləliklə də Brejnevlə Dalay Lamanın 33 dəqiqəlik görüşü sona çatıb.

 

Mockvaya qayıtdıqdan sonra baş katibin bağında pişik üçün xüsusi yer ayırıblar. Brejnev ona Lama adını verib. Leonid İliç öz sevimli qara pişiyini bəsləməyə, vaxtlı-vaxtında yedizdirməyə başlayıb.

Lama ilk dəfə öz bacarığını 22 yanvar 1969-cu ildə nümayiş etdirib. Bu həmin tarixdir ki, baş katibin kosmonavtlarla görüşü zamanı ona sui-qəsd etmək istəyiblər. Səhər evdən çıxmaq istəyəndə Lama Brejnevin şalvarının ətəyindən yapışaraq əcaib səslər çıxarıb. Brejnev bunun fərqinə çox varmasa da, yolboyu pişiyin narahatçılığını yadından çıxara bilməyib. Plana görə, Brejnev kosmonavtları aeroportda qarşılamalıymış. Sonra isə Kremldə tədbir davam etməliymiş. Yolda Brejnev avtomobil karvanını saxlatdırıb və onunla birgə olan Kosıginə deyib ki, bu gün insanlar Qızıl Meydanda kosmonavtları qarşılayacaqlar, buna görə də onlar qabaqkı maşınlarda olmalıdırlar.

 

”Biz isə avtomobil karvanının üçüncü, dördüncü sırasında getsək daha yaxşı olar” – deyə Brejnev yerdəyişmə edib.

Beləliklə, yolüstü yerdəyişmə baş verib. Adətən həmişə karvanın ikinci maşınında getdiyindən Brejnevi öldürmək istəyən rus zabiti İlyin məhz həmin avtomobilə atəş açıb. Beləliklə, Lamanın xəbərdarlığı Brejnevi xilas edib.

 

Qara pişik ikinci dəfə öz işini 20 fevral 1970-ci ildə görüb. Səhər tezdən Lama Brejnevin yataq otağına girib özünü onun ayaqlarına sürtməyə başlayıb. Yaxın dəqiqələrdə bağdan çıxmağa hazırlaşan Brejnevin gözündən pişiyin hərəkətləri yayınmayıb. Qapının ağzında isə Lama az qala Brejnevin şalvarının manjetini cırsın. Baş katib mühafizəçilərə və sürücülərə evdə qalıb işləyəcəyini söyləyərək bağdakı iş otağına qayıdıb. Qısa bir müddətdən sonra Breynevə məlumat veriblər ki, baş katibin hər gün getdiyi yolda hərbi yük maşını sürətlə hərəkət edərək onun maşınını yoldan çıxarmağa məcbur edib. Brejnevin yerində oturan mühafizəçilərdən biri isə başından ciddi zədə alıb.

Elə həmin andaca Brejnev İndira Qandi ilə telefon əlaqəsi yaradıb və Dalay Lamaya Hindistanın ən ali mükafatlarından birinin verilməsini xahiş edib.

 

Qara pişik 1971-ci ildə öz sahibinə növbəti dəfə sədaqətini nümayiş etdirib. Brejnev Fransaya rəsmi səfərə yola düşdüyü gün səhər tezdən sevimli pişik Lama sahibinin ayaqlarına sığınıb. Bu hərəkətin nə olduğunu bilən Brejnev Dövlət Təhlükəsizliyi Komitəsinin sədri Andropova zəng vuraraq Fransadakı vəziyyətlə maraqlanıb. Andropov rəsmi məlumatlara görə vəziyyətin sabit olduğunu söyləyib. Sonradan isə Brejnevə xəbərdarlıq edib ki, məxfi agenturanın məlumatına görə, səfər zamanı ona və Fransa prezidenti Jorj Pompiduya qarşı sui-qəsd hazırlanıb. Brejnev səfəri təxirə salıb.

İki gündən sonra mətbuatda Brejnevə və Pompiduya qarşı sui-qəsd etmək istəyənlərin həbs olunması haqqında məlumatlar dərc olunub.

1982-ci ilin yazında baş katibin sevimli pişiyi maşının altında qalaraq ölüb. Dalay Lamanın söylədiyi kimi üstündən altı ay keçdikdən sonra Leonid İliç də vəfat edib.


İlham Cəmiloğlu
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Bakıda idmançı qızı öldürən sürücüyə 7.5 il həbs verildi - VİDEO
20.11.2017, 13:39

Bakıda idmançı qızı öldürən sürücüyə 7.5 il həbs verildi - VİDEO

“Həll yollarını axtarmaq lazımdır” – Məmmədyarovdan MESAJ
20.11.2017, 13:37

“Həll yollarını axtarmaq lazımdır” – Məmmədyarovdan MESAJ

Lavrov: “Rusiya Qarabağ münaqişəsinin həlli istiqamətində çalışacaq”
20.11.2017, 13:34

Lavrov: “Rusiya Qarabağ münaqişəsinin həlli istiqamətində çalışacaq”

Həmkəndlisinin evini qarət edən şəxslər saxlanıldı
20.11.2017, 13:34

Həmkəndlisinin evini qarət edən şəxslər saxlanıldı

Azərbaycan şahinləri Qarabağda: Şəhid Urfan Vəlizadə   
20.11.2017, 13:25

Azərbaycan şahinləri Qarabağda: Şəhid Urfan Vəlizadə  

“Diplomatik korpuslar, diaspor təşkilatları formal tədbirlərdən uzaq durmalıdırlar”
20.11.2017, 13:22

“Diplomatik korpuslar, diaspor təşkilatları formal tədbirlərdən uzaq durmalıdırlar”

Cocuq Mərcanlı növbəti sakinlərini gözləyir - Daha 100 ev hazırdı
20.11.2017, 13:20

Cocuq Mərcanlı növbəti sakinlərini gözləyir - Daha 100 ev hazırdı

Türkiyə Böyük Millət Məclisinə sədr seçkisi başlayır  
20.11.2017, 13:17

Türkiyə Böyük Millət Məclisinə sədr seçkisi başlayır  

Hacı Sabir əməliyyat olunub? - Qardaşından AÇIQLAMA   
20.11.2017, 13:10

Hacı Sabir əməliyyat olunub? - Qardaşından AÇIQLAMA  

Sabahın hava PROQNOZU
20.11.2017, 13:04

Sabahın hava PROQNOZU

Noyabrın 22-dən hava pisləşəcək - XƏBƏRDARLIQ  
20.11.2017, 13:03

Noyabrın 22-dən hava pisləşəcək - XƏBƏRDARLIQ  

Ayın məzunu: “UNEC-in nüfuzu əhəmiyyətli dərəcədə artıb”
20.11.2017, 12:59

Ayın məzunu: “UNEC-in nüfuzu əhəmiyyətli dərəcədə artıb”

Gözün aydın, LƏLƏ!   
20.11.2017, 12:59

Gözün aydın, LƏLƏ!  

Nazir müavinindən uşaq əməyindən istifadən edən işbazlara XƏBƏRDARLIQ
20.11.2017, 12:48

Nazir müavinindən uşaq əməyindən istifadən edən işbazlara XƏBƏRDARLIQ

Allahşükür Paşazadə Rusiyaya gedir
20.11.2017, 12:45

Allahşükür Paşazadə Rusiyaya gedir

Məmmədyarov-Lavrov görüşü BAŞLADI
20.11.2017, 12:42

Məmmədyarov-Lavrov görüşü BAŞLADI

Bakıda piyadanı vurub qaçan sürücü saxlanıldı
20.11.2017, 12:40

Bakıda piyadanı vurub qaçan sürücü saxlanıldı

“Qarabağ” - “Çelsi” oyununa 400-dən artıq avtobus ayrılıb   
20.11.2017, 12:36

“Qarabağ” - “Çelsi” oyununa 400-dən artıq avtobus ayrılıb  

Dünyanın ən uzunmüddətli DİKTATORLARI
20.11.2017, 12:35

Dünyanın ən uzunmüddətli DİKTATORLARI

Ağdamda 15 yaşlı oğlan özünü tövlədə asdı
20.11.2017, 12:25

Ağdamda 15 yaşlı oğlan özünü tövlədə asdı

Maşın oğurluğu edən dəstə tutuldu
20.11.2017, 12:22

Maşın oğurluğu edən dəstə tutuldu

Politoloq: “Lavrov Bakıya iki məsələyə görə gəlmişdi”  
20.11.2017, 12:11

Politoloq: “Lavrov Bakıya iki məsələyə görə gəlmişdi”  

Xəzərdə 2 balıqçı xilas edildi
20.11.2017, 12:10

Xəzərdə 2 balıqçı xilas edildi

“Yuxuda görmüşəm” deyib prezidentin saatını aldı - VİDEO
20.11.2017, 12:07

“Yuxuda görmüşəm” deyib prezidentin saatını aldı - VİDEO

Həsən Əliyevin 110 ilik yubileyi ilə bağlı ağacəkmə kampaniyası 
20.11.2017, 12:05

Həsən Əliyevin 110 ilik yubileyi ilə bağlı ağacəkmə kampaniyası 

Fuad Poladov: “Artıq iynə-dərman da kömək etmir”
20.11.2017, 12:00

Fuad Poladov: “Artıq iynə-dərman da kömək etmir”

FİFA prezidenti Bakıya gəlir
20.11.2017, 11:54

FİFA prezidenti Bakıya gəlir

Lavrov: “Azərbaycanı Avrasiya İttifaqında görməkdən çox məmnun olarıq”
20.11.2017, 11:52

Lavrov: “Azərbaycanı Avrasiya İttifaqında görməkdən çox məmnun olarıq”

Prezident: “Günahsız övladlarımızın qanı yerdə qalmayacaq”
20.11.2017, 11:46

Prezident: “Günahsız övladlarımızın qanı yerdə qalmayacaq”

Səttar Bəhlulzadənin çəkdiyi nadir şəkillər tapıldı   
20.11.2017, 11:40

Səttar Bəhlulzadənin çəkdiyi nadir şəkillər tapıldı  

Məleykə Əsədova Ramiz Məliki məhkəməyə verdi - 200 min təzminat istəyir
20.11.2017, 11:30

Məleykə Əsədova Ramiz Məliki məhkəməyə verdi - 200 min təzminat istəyir

UNEC-ə köçürülən tələbələrlə görüş keçirilib
20.11.2017, 11:28

UNEC-ə köçürülən tələbələrlə görüş keçirilib

İnzibati rəhbər vəzifələr üzrə imtahanın nəticələri açıqlandı
20.11.2017, 11:24

İnzibati rəhbər vəzifələr üzrə imtahanın nəticələri açıqlandı

Özünü Türkiyə vətəndaşı kimi təqdim edən dələduz tutuldu
20.11.2017, 11:22

Özünü Türkiyə vətəndaşı kimi təqdim edən dələduz tutuldu

Eyni mənzil bir neçə şəxsə satılır - Problemdən ÇIXIŞ YOLU
20.11.2017, 11:05

Eyni mənzil bir neçə şəxsə satılır - Problemdən ÇIXIŞ YOLU

ARXİV