Modern.az

Bu qidaları boş mədəyə qəbul etməyin - XƏSTƏLİK TƏHLÜKƏSİ

Bu qidaları boş mədəyə qəbul etməyin - XƏSTƏLİK TƏHLÜKƏSİ

28 Avqust 2017, 21:28

Bəzi insanlar ac vaxtlarında əlinə nə gəldi tez-tələsik yeməyə can atır. Yəni insan aclıq hissini öldürmək üçün ilk əlinə düşən qida məhsulunu boş mədəyə qəbul edir. O cümlədən elə səhərlər də. Səhər yeməyinin insan üçün nə qədər vacib olduğu hamıya məlumdur. Ancaq acqarnına hansı qida məhsullarından istifadə etməyi bilmək daha da vacibdir. Çünki gündəlik qida rasionumuza daxil etdiyimiz bir çox məhsullar var ki, onları boş mədəyə yemək bəzi xəstəliklərin yaranmasına səbəb ola bilər. Modern.az saytı mövzu ilə bağlı yazını təqdim edir.

 

1. Sitrus meyvələrini acqarnına yemək allergiyaya və qastrit xəstəliyinə səbəb ola bilər. Buna görə də sitrus müyvələrini sevən insanlar səhər-səhər onu yeməzdən qabaq az da olsa başqa qida məhsulları ilə qidalanmalıdırlar.

 

2. Bir çox insanlar səhərlər boş mədəyə banan yeməyə üstünlük verirlər. Təbii ki, ilk baxışdan bu normal görünə bilər. Amma nəzərə almaq lazımdır ki, bananın tərkibi ürək damar fəaliyyətini tənzimləyən maqneziumla zəngindir və onu boş mədəyə yemək maqnezium-kalsium tarazlığını poza bilər.

 

3. Çiy tərəvəzlərin sağlamlıq üçün saysız-hesabsız faydaları var. Ancaq bu tərəvəzlərdən acqarnına istifadə etdikdə onların tərkibindəki turşular mədənin selikli qişasını qıcıqlandıra bilər ki, bu da sonda qastrit və mədə xorasına səbəb olar.

 

4. Acqarnına istifadəsi məsləhət görülməyən qida məhsullarının sırasında yoqurt da var. Düzdür, onu boş mədəyə yedikdə heç bir fəsad yaratmır. Amma heç bir faydası da olmur. Çünki boş mədənin yoqurt bakteriyalarına ehtiyacı olmur. Yoqurt səhər yeməyindən iki saat sonra yaxud axşam yeyildikdə daha faydalıdır.

 

5. Acqarnına soyuq içkilərin qəbulu məsləhət görülmür. Çünki soyuq içkilər həzm prosesinə mənfi təsir göstərir. Boş mədəyə mayenin faydasını nəzərə alsaq ilıq, yaxud otaq temperaturunda olan içkilərə üstünlük vermək daha yaxşı olar.

 

6. Acqarnına şirniyyat yemək düzgün deyil. Belə ki, səhər vaxtı mədəaltı vəz lazımi qədər insulin ifraz etmək iqtidarında olmur. Boş mədəyə şirniyyat yemək qanda şəkərin səviyyəsini qaldıra bilər.

 

7. Əksər insanlar səhərlərini qəhvə ilə açırlar. Müntəzəm olaraq acqarnına qəhvə içənlər yəqin ki, bir müddətdən sonra mədələrindən şikayətçi olacaqlar. Boş mədəyə qəhvə içildikdə o mədəni qıcıqlandırır, mədə şirəsi daha çox ifraz olunur. Bunun nəticəsində isə qastrit xəstəliyinin yaranma riski artır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir