Modern.az

Myanmarda ordu 3 gündə üç min müsəlmanı qətlə yetirdi - VİDEO +18

Myanmarda ordu 3 gündə üç min müsəlmanı qətlə yetirdi - VİDEO +18

29 Avqust 2017, 00:52

Myanmarda ordu Arakanda üç min müsəlmanı qətlə yetirib. Modern.az xəbər verir ki, Avropa Rohinqya Şurasının (ERC) sözçüsü doktor Anita Schuq Myanmarın Arakan ştatında son 3 gündə ordu tərəfindən 2 rayonda 3 min müsəlmanı qətlə yetrib.

Anita Schuq xarici KİV-lərə verdiyi açıqlamada Myanmar ordusunun həyata keçirdiyi qətliamın 2012-ci ildəkindən daha ağır olduğunu bildirib: "Arakanda son günlərdə müsəlmanlara qarşı Myanmar ordusunun törətdiyi qətliam 2012 və keçən ilin oktyabr ayında baş verənlərdən qat-qat daha pisdir. Vəziyyət heç bu qədər pis olmayıb. Arakanda yaşanılan bir soyqırımdır. Sadəcə, Arakanın Rathedaunq şəhərinə bağlı Sauqpara kəndində dünən 900-1000 arasında müsəlman öldürülüb. Bu kənddəki qətliam nəticəsində sadəcə, bir oğlan uşağı sağ qalıb. Arakanda 100 mindən çox vətəndaş yurdundan qovulub.  Buddistlər müsəlmanların kəndlərini mühasirəyə alıblar. Bu adamlar Myanmar hökumətinə məktub yazaraq məsum olduqlarını bildirərək, mühasirənin qaldırılmasını  və kəndlərdən evakuasiya edilmələrini tələb ediblər. Lakin, Myanmar hökuməti cavab da verməyib”.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi