Modern.az

Facebook-un sahibi ikinci dəfə qız atası oldu  

Facebook-un sahibi ikinci dəfə qız atası oldu   

Dünya

29 Avqust 2017, 08:47

Facebook sosial şəbəkəsinin yaradıcısı Mark Zukerberq ikinci dəfə ata olub. Modern.az saytı xarici KİV-lərə istinadən xəbər verir ki. onun daha bir qızı dünyaya gəlib.

Mark və əyat yoldaşı Prisçilla Çan dünyaya gələn ikinci qızlarına Asvqusta adı verib. Zukerberq Facebook-da yeni doğulmuş qızın məktub da ünvanlayıb: “Əzizimiz Avqusta, bu dünyaya xoş gəldin. Anan və mən səbirsizliklə gözləyirik ki, sən böyüyüb kim olacaqsan”.

5 ildir evli olan Prisçilla Çan və Mark Zukerberqin Maks adında bir qızları da var.  

Qeyd edək ki, Prisçilla Çan və Mark Zukerberq 19 may 2012-ci ildə evlənib. 2015-ci il dekbarın 1-də isə qızları Maks dünyaya gəlib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!