21 sentyabr 2017, Cümə axşamı
Ana Səhifə - MÜSAHİBƏ - İctimai Teleradionun Yayım Şurasının sədri: “...kadr dəyişikliyi olacaq” - MÜSAHİBƏ  
İctimai Teleradionun Yayım Şurasının sədri: “...kadr dəyişikliyi olacaq” - MÜSAHİBƏ  
29.08.2017, 14:44

Bu gün Azərbaycan teleməkanında özünəməxsus yeri olan İctimai Teleradio Şirkətinin ad günüdür. Teleşirkət 2005-ci il avqustun 29-dan etibarən fəaliyyət göstərir.

Hazırda İctimai Teleradio efir məkanında tam fərqli proqram siyasətinə malikdir. Sosial, iqtisadi, siyasi əhəmiyyətli problemlərin daha çox müzakirə olunduğu tok-şoular, auditoriyanın maraqlarına cavab verən maarifləndirici proqramlar bu kanalda üstünlük təşkil edir.

Modern.az bu gün münasibətilə İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının sədri Muxtar İmanovla həmsöhbət olub.

- Artıq 12 ildir ki, İctimai Teleradio fəaliyyət göstərir. Necə düşünürsünüz, bu illər ərzində teleradionun Azərbaycan mediasında rolu və yeri nədən ibarətdir?

- İctimai Teleradio Azərbaycan mədəniyyəti tarixində  mühüm fakt və hadisələrdən biridir. Teleradio ictimai fikri əks etdirən, imkanı çərçivələrində ictimai rəyə təsir edən qurumdur. Bu gün əməkdaşlarımız  teleradionun yaranma gününü qeyd etməklə bərabər, həm də hesabat verir.  Həm İctimai radioda, həm də İctimai televiziyada peşəkar jurnalistlər və maraqlı verilişlər var. Arzu edərdim ki, rəhbərlik də daxil olmaqla hər kəs istedadlı jurnalistlərin tərəfində olsun. Onları fərqləndirib, qol-qanad verək ki, sanballı verilişlərin sayını daha da artırsınlar.

- İctimai teleradioya kənardan baxan bir tamaşaçı, dinləyici kimi, nələri tənqid edərdiniz?

- Bilirsiniz, adətən ad günündə tənqidə yol verilmir. Amma tənqid axtarsaq, hər yerdə tapa bilərik. Sadəcə arzu edirəm ki, həm televiziya, həm də radio kollektivi daha məsuliyyətli çalışsınlar. Bütün məsələlərə Azərbaycan dövlətçiliyi, onun qorunması baxımından yanaşsınlar. Bizim ideallarımızın hədəfi müstəqil ölkəmizdir. Hətta fikir müxtəlifliyinə yol verən zaman da əsas məqsədimiz bu olmalıdır.

- Muxtar müəllim, Yayım Şurası ən çox hansı proqramları diqqətdə saxlayır?

- Mən heç bir proqramı o biri proqramdan fərqləndirə bilmərəm. Biz Yayım Şurası olaraq həm televiziyanın, həm də radionun bütün verilişlərinə  eyni  dərəcədə diqqətli olmalıyıq. Burada hər hansı ayrı-seçkilikdən söhbət gedə bilməz. Sadəcə elə verilişlər var ki, digərlərindən hansısa cəhətinə görə seçilir və ya obyektivliyini təqdim edə bilir. Özünün jurnalist peşəkarlığını ortaya qoya bilir. Bu verilişlərin adını bir-bir sayıb teleradionun yaranma günündə qanqaraçılıq salmaq istəmirəm. Amma bu cür verilişlərin varlığını danmaq olmaz.

- Artıq yeni mövsüm də başlayır. Bu baxımdan Yayım Şurası nə zaman iclas keçirəcək? O cümlədən tamaşaçıları hansı yeniliklər gözləyir?

- Bu gün saat 16-da Yayım  Şurasının iclası keçiriləcək.  Bundan sonra İctimai Teleradionun yaranması münasibətilə tədbir olacaq. Təbii ki, burada müəyyən məsələlərin müzakirəsini aparacağıq.

- Muxtar müəllim, siz həm də filologiya elmləri doktorusunuz. Şura sədri kimi KİV-in dili ilə bağlı hansısa təşəbbüsləriniz olacaqmı?

- Mən  İctimai Televiziyada “Media və Zaman” verilişində də ekran mədəniyyəti ilə bağlı fikirlərimi bildirmişəm. Ekran mədəniyyəti televiziyanın mühüm göstəricilərindən biridir. Biz xüsusilə radio və televiziya jurnalistikasında Azərbaycan dilinin səlisliyini, qayda-qanunlarını qorumalı və pinti şəkildə təqdim edilməsinin qarşısını almalıyıq. Əlbəttə, dil ciddi məsələlərdən biridir. Jurnalistin haqqı yoxdur ki, dili ekrandan mənfi formada təqdim etsin.

- Maraqlıdır, bu yaxınlarda kadr dəyişikliyi gözlənilirmi?

- Ehtiyac və ya zərurət olarsa, təbii ki, kadr dəyişikliyi olacaq. Amma deyə bilmərik ki, biz kadr dəyişikliyini planlaşdırırıq. Kadr dəyişkliyi ilə bağlı planları birinci növbədə rəhbərlik təqdim edir və biz də müzakirə edib qərar veririk. Lakin bir adamın vəzifəyə qoyulub-çıxarılması məsələnin həlli deyil. Əsas odur ki, müəyyən vəzifələrdə, xüsusən məsul vəzifələrdə çalışan adamalardan iş tələb olunsun. Onlar da öz növbəsində həmin işi inkişaf etdirib, onun qədrini bilsinlər. Yəni hər gün yeni adamın vəzifəyə gətirilməsi və vəzifədən kənarlaşdırılması o qədər də düzgün yanaşma deyil. Jurnalistə və ya məsul şəxslərə imkan vermək lazımdır ki, öz istedadını və təşkilatçılıq qabiliyyətini ortaya qoya bilsin.


Günay RƏSULQIZI
Xəbərin müəllifi

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
İlham Əliyev BMT Baş katibi ilə görüşdü - Yenilənib, FOTO
21.09.2017, 01:03

İlham Əliyev BMT Baş katibi ilə görüşdü - Yenilənib, FOTO

ABŞ-da orta məktəbdə silahlı insident
21.09.2017, 00:42

ABŞ-da orta məktəbdə silahlı insident

Meksikada 3 günlük matəm elan edildi
21.09.2017, 00:27

Meksikada 3 günlük matəm elan edildi

Azərbaycan nefti bahalaşıb
20.09.2017, 23:58

Azərbaycan nefti bahalaşıb

Azərbaycan Qoşulmama Hərəkatının prinsiplərinə xüsusi diqqət ayırır
20.09.2017, 23:43

Azərbaycan Qoşulmama Hərəkatının prinsiplərinə xüsusi diqqət ayırır

Aşıq Ədalətin çəkildiyi və saz ifa etdiyi filmlər - “Çal, aşıq, komsomolun canı...”
20.09.2017, 23:26

Aşıq Ədalətin çəkildiyi və saz ifa etdiyi filmlər - “Çal, aşıq, komsomolun canı...”

Nikahdankənar uşaqlar ən çox bu rayonlarda doğulub
20.09.2017, 23:09

Nikahdankənar uşaqlar ən çox bu rayonlarda doğulub

Daşkəsən sakini həyat yoldaşı və qayınanasını bıçaqlayıb
20.09.2017, 22:53

Daşkəsən sakini həyat yoldaşı və qayınanasını bıçaqlayıb

Yaponiya yenidən silkələndi
20.09.2017, 22:38

Yaponiya yenidən silkələndi

İlham Əliyev Trampla görüşdü
20.09.2017, 22:23

İlham Əliyev Trampla görüşdü

FED uçot dərəcəsini dəyişmədi
20.09.2017, 22:15

FED uçot dərəcəsini dəyişmədi

Dar şalvar, sıx büshalter, hündürdaban ayaqqabılar – GEYİM VƏ SAĞLAMLIQ
20.09.2017, 22:06

Dar şalvar, sıx büshalter, hündürdaban ayaqqabılar – GEYİM VƏ SAĞLAMLIQ

"Bank əməkdaşı" təqaüdçüləri aldatdı - VİDEO
20.09.2017, 21:49

"Bank əməkdaşı" təqaüdçüləri aldatdı - VİDEO

Xanımların gözəl görünmək istəyi qarşısında ƏZİYYƏT ÇƏKƏN KİŞİLƏR
20.09.2017, 21:33

Xanımların gözəl görünmək istəyi qarşısında ƏZİYYƏT ÇƏKƏN KİŞİLƏR

20.09.2017, 21:17

"ABŞ beynəlxalq razılaşmaları pozur" - Ruhani

İlham Əliyev BMT-də çıxış etdi: Hərbi cinayətkarlardan biri Ermənistanın indiki prezidentidir - YENİLƏNİB-3
20.09.2017, 21:03

İlham Əliyev BMT-də çıxış etdi: Hərbi cinayətkarlardan biri Ermənistanın indiki prezidentidir - YENİLƏNİB-3

Dünya Bankının nümayəndələri DİM-də müzakirə apardı
20.09.2017, 20:49

Dünya Bankının nümayəndələri DİM-də müzakirə apardı

Xaçmazda meşə yanğını söndürülüb - Yenilənib
20.09.2017, 20:35

Xaçmazda meşə yanğını söndürülüb - Yenilənib

Erməni deputatlar sabah Bakıya gəlir
20.09.2017, 20:23

Erməni deputatlar sabah Bakıya gəlir

UEFA final oyunu üçün Bakını seçdi
20.09.2017, 20:07

UEFA final oyunu üçün Bakını seçdi

Hərbi Akademiyada elmi-praktik konfrans keçirilib
20.09.2017, 19:56

Hərbi Akademiyada elmi-praktik konfrans keçirilib

UEFA Super Kubokunun finalı İstanbulda keçiriləcək
20.09.2017, 18:57

UEFA Super Kubokunun finalı İstanbulda keçiriləcək

Moskvanın mərkəzində bomba həyəcanı
20.09.2017, 18:41

Moskvanın mərkəzində bomba həyəcanı

Tovuzda qəza: yaralananlar var
20.09.2017, 18:33

Tovuzda qəza: yaralananlar var

İlham Əliyev Malta Prezidentini təbrik edib
20.09.2017, 18:08

İlham Əliyev Malta Prezidentini təbrik edib

"Qarabağ" - “Roma” oyununa yalnız 2 manatlıq biletlər qalıb   
20.09.2017, 17:50

"Qarabağ" - “Roma” oyununa yalnız 2 manatlıq biletlər qalıb  

İraq kürdlərinin referendumu yeni müharibəyə səbəb olacaq
20.09.2017, 17:48

İraq kürdlərinin referendumu yeni müharibəyə səbəb olacaq

Qardaşının Üzeyir Hacıbəyliyə məktubu: “Borclular məni əldən saldı, arvadımdan çox utanıram”   
20.09.2017, 17:43

Qardaşının Üzeyir Hacıbəyliyə məktubu: “Borclular məni əldən saldı, arvadımdan çox utanıram”  

Dollar və manatın sabahkı MƏZƏNNƏSİ
20.09.2017, 17:29

Dollar və manatın sabahkı MƏZƏNNƏSİ

Məhkəmə-Hüquq Şurası dövlət orqanlarının təsnifat siyahısına daxil edilir   
20.09.2017, 17:27

Məhkəmə-Hüquq Şurası dövlət orqanlarının təsnifat siyahısına daxil edilir  

Bakı, yoxsa Madrid? - UEFA qərarı bu gün açıqlayır
20.09.2017, 17:17

Bakı, yoxsa Madrid? - UEFA qərarı bu gün açıqlayır

“Space”də maaşlar kəsilib? - Telekanaldan iddialara CAVAB VERİLDİ   
20.09.2017, 17:04

“Space”də maaşlar kəsilib? - Telekanaldan iddialara CAVAB VERİLDİ  

ADU-nun rektoru əcnəbilərlə görüşüb
20.09.2017, 17:00

ADU-nun rektoru əcnəbilərlə görüşüb

XİN: Qarabağa gedən konqresmenlər erməni lobbisindən asılıdır
20.09.2017, 16:58

XİN: Qarabağa gedən konqresmenlər erməni lobbisindən asılıdır

Universitetin klinikası tibbi xidmətlər təklif edir
20.09.2017, 16:56

Universitetin klinikası tibbi xidmətlər təklif edir

ARXİV
SORĞU
Məhərrəmliyin əsas şərtlərini qəbul edirsiniz?
- Bəli qəbul edirəm və Kərbəla şəhidlərinə mütləq yas saxlayacam (46.7%)
- Məhərrəmliyin şərtləri yalnız şiələr üçündür(8.98%)
- Bu şərtlərin heç birini qəbul etmirəm(13.1%)
- Məhərrəmlık əsl İslama ziddir(31.1%)