Modern.az

Deputatlar tətildən qayıtdılar - İlk iclasın vaxtı bəlli oldu  

Deputatlar tətildən qayıtdılar - İlk iclasın vaxtı bəlli oldu   

Parlament

30 Avqust 2017, 10:07

Bu gün Azərbaycan Milli Məclisinin deputatlarının tətili başa çatıb.

Modern.az-ın məlumatına görə, Milli Məclisin Daxili Nizamnaməsinə uyğun olaraq iyulun 15-də başlayan tətil avqustun 30-da yekunlaşıb.

"Deputatın statusu haqqında" qanuna əsasən, deputatlara məzuniyyətdə olduğu zaman müalicə olunmaları və istirahət etmələri üçün iki aylıq vəzifə maaşı məbləğində müavinət verilib.

Qeyd edək ki, Milli Məclisin sədri 4 500, komitə sədrləri 3 600 manat, MM sədrinin müavini 3825 manat, sədrin birinci müavini 4050 manat, deputatlar isə 3150 manat müavinət alıb.

 

Milli Məclisdən Modern.az-a daxil olan məlumata görə, parlamentin komitə iclasları sentyabrın 15-dən başlanacaq. Parlamentin ilk plenar iclasının sentyabrın 30-da keçirilməsi gözlənilir.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir