18 iyun 2018, Bazar ertəsi
Ana Səhifə - İQTİSADİYYAT - Tələbələrə nəqliyyat güzəşti verilə bilər - DANIŞIQLAR APARILIR  
Tələbələrə nəqliyyat güzəşti verilə bilər - DANIŞIQLAR APARILIR  
30.08.2017, 13:50

Tələbələr cəmiyyətin aktiv üzvləri və ölkənin gələcək taleyini həll edən təbəqədir. Bu baxımdan dünyanın müxtəlif ölkələrində həmin təbəqəyə dəyər verilir və onlar üçün müəyyən güzəştlər nəzərdə tutulur. Məsələn, qonşu Türkiyədə təkcə tələbələrə deyil, məktəblilərə də güzəştlər var. Əlbəttə, xərclərin kifayət qədər çox olduğu vaxtda məktəbli və tələbələr üçün, heç olmasa, ictimai nəqliyyatın pulsuz olması yükü bir qədər azalda bilər.

Bəs  Azərbaycanda tələbələr üçün hansısa güzəşt nəzərədə tutulubmu?

“Azərbaycan tələbə kartından Avropada istifadə etmək  mümkündür”

Milli Məclisin deputatı, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov Modern.az-a açıqlamasında bildirib ki, Azərbaycanda tələbələr üçün güzəşt kartı var. Onun sözlərinə görə, hazırda bu istiqamətdə müəyyən danışıqlar aparılır:

“Bilirsiniz ki, mən həm də Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədriyəm. Bizim işimiz mütəmadi olaraq tələbə məsələləri, tələbələrin asudə vaxtının saəmərəli  təşkili, onların qarşısına çıxacaq problemlərin həlli istiqamətində fəaliyyət göstərməkdir.  O cümlədən tələbələr üçün müxtəlif layihələr həyata keçiririk. Buna görə biz ölkədə fəaliyyət göstərən bir sıra rəsmi qurumlar, özəl şirkətlərlə əməkdaşlıq edirik.

Tələbələrə güzəştlə bağlı məsələlərə gəldikdə bunun xaricdə ən geniş yayılmış növü  tələbə kartlarıdır.  Xaricdə olan tələbələr bu kartdan istifadə edərək uzunmüddətli endirim əldə edirlər. Azərbaycanda 2015-ci ilin aprel ayında bir qrup  gəncin ölkə prezidenti ilə görüşü olmuşdu.  Həmin görüşdə tələbə endirim kartlarının təklifi verilmişdi.

“Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramına əsasən bütün tələbələrə dövlət hesabına tələbə  endirim kartları paylanıldı. Bu  kartlar özündə müxtəlif məkanlarda endirimləri birləşdirdi.  Endirimlər təqribən 5 faizdən 50  faizə qədər idi.  Layihənin tərəfdaları Gənclər və İdman Nazirliyi,  Təhsil Nazirliyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı idi.  Qeyd etmək istəyirəm ki, layihə  həm də beynəlxalq xarakter daşıyır. Bu layihədə Avropa Gənclər Kartı Assossasiyasının (EYCA) loqosu vasitəsilə  Azərbaycan tələbə kartından ölkə ilə yanaşı, Avropada da istifadə etmək  mümkündür”.

Sentyabrda kartların tələbələrə verilməsinin yeni mərhələsi başlayacaq

Ş.İsmayılov qeyd edib ki, artıq 10 minə yaxın tələbəyə Azərbaycan tələbə kartı paylanılıb:

“Ötən il tələbə kartının yeni dizaynının təqdimatını həyat keçirdik. Həmin vaxtdan bu yana bizə artıq 20 minə yaxın  müraciət daxil olub. Həmin müraciətlərə əsasən, 10 minə yaxın kart hazırlanıb tələbələrə paylanılıb. Sentyabrdan kartların tələbələrə verilməsinin yeni mərhələsi başlayacaq. Kartın yenilənmiş versiyasında biz tələbələrin  daha çox üz tutacağı məkanları onlar arasında keçirdiyimiz sorğu əsasında müəyyənləşdirdik. Bu məkanlarla müqavilələr bağladıq. O cümlədən “Azərbaycan Tələbə Kartı” layihəsi çərçivəsində tələbələrə “Azərfon” şirkəti tərəfindən verilən “Nar” nömrələri də təqdim edilir.  Bu davamlı prosesdir və sentyabrdan etibarən məkanların siyahısını genişləndirməyi düşünürük. Həmçinin, yarana biləcək texniki məsələlərin həlli istiqamətində fəaliyyət göstərəcəyik.  Hazırda bir sıra qurumlarla danışıqlar gedir”.

Tələbələr nəqliyyat vasitələrindən güzəştlə istifadə edə biləcəklər?

Deputat bildirib ki, bu istiqamətdə ciddi işlər görülür:

“Biz artıq bir neçə  müddətdir ki, bu məsələ üzərində ciddi şəkildə danışıqlar aparırıq. Həm hava nəqliyyatı, həm avtobusla sərnişindaşıma şirkətləri, həm də digər nəqliyyat qurumları ilə  danışıqlarımız başlayacaq. Əlbəttə, burada Tarif Şurasının mövqeyi vacibdir. Bu barədə biz rəsmi müraciətimizi edəcəyik.  O cümlədən Bakı Nəqliyyat Agentliyi ilə də danışıqlar olub. Yəqin ki, bu yaxınlarda nəticə olacaq”.


Günay RƏSULQIZI
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
“Facebook” uşaqlar üçün bunu  qadağan etdi
18.06.2018, 15:00

“Facebook” uşaqlar üçün bunu  qadağan etdi

Dünya çempionu velosipeddən yıxılaraq dünyasını dəyişib
18.06.2018, 14:45

Dünya çempionu velosipeddən yıxılaraq dünyasını dəyişib

Ombudsmanların XV Bakı Beynəlxalq Konfransı keçiriləcək
18.06.2018, 14:29

Ombudsmanların XV Bakı Beynəlxalq Konfransı keçiriləcək

İŞİD Suriyada əsas istinadgahını itirib
18.06.2018, 14:18

İŞİD Suriyada əsas istinadgahını itirib

Güclü külək və leysan 500 ailəyə ziyan vurub
18.06.2018, 14:07

Güclü külək və leysan 500 ailəyə ziyan vurub

“İmtahan verəcək bəzi müəllimlər də hazırlıq kursları və repetitorlara müraciət edirlər” 
18.06.2018, 13:47

“İmtahan verəcək bəzi müəllimlər də hazırlıq kursları və repetitorlara müraciət edirlər” 

Rəsmi Bakıdan deputatın həbsinə REAKSİYA: “Qriqoryan Xocalı soyqırımında iştirak edib”  
18.06.2018, 13:32

Rəsmi Bakıdan deputatın həbsinə REAKSİYA: “Qriqoryan Xocalı soyqırımında iştirak edib”  

Ötən gün 76 cinayət faktı qeydə alınıb
18.06.2018, 13:14

Ötən gün 76 cinayət faktı qeydə alınıb

Bakıda intihara cəhd - özünü damdan atmaq istədi
18.06.2018, 13:03

Bakıda intihara cəhd - özünü damdan atmaq istədi

Azərbaycanda tanınmış QHT rəhbəri niyə həbs olundu? - SƏBƏB
18.06.2018, 12:58

Azərbaycanda tanınmış QHT rəhbəri niyə həbs olundu? - SƏBƏB

Bakıda 1500-dən çox pivə bakalı oğurlayan şəxs saxlanıldı
18.06.2018, 12:52

Bakıda 1500-dən çox pivə bakalı oğurlayan şəxs saxlanıldı

Sabahın hava PROQNOZU - Bakıda 31 dərəcə isti
18.06.2018, 12:48

Sabahın hava PROQNOZU - Bakıda 31 dərəcə isti

Şimali və Cənubi Koreya arasındakı müharibəyə bu tarixdə SON QOYULACAQ
18.06.2018, 12:29

Şimali və Cənubi Koreya arasındakı müharibəyə bu tarixdə SON QOYULACAQ

Yaponiyada zəlzələnin dəhşətli fəsadları - 230 nəfər.... - YENİLƏNİB
18.06.2018, 12:16

Yaponiyada zəlzələnin dəhşətli fəsadları - 230 nəfər.... - YENİLƏNİB

Türkiyə Antarktikada elmi baza yaradacaq
18.06.2018, 11:59

Türkiyə Antarktikada elmi baza yaradacaq

Alimlər döş xərçənginin qarşısını almağın asan yolunu aşkarladılar
18.06.2018, 11:42

Alimlər döş xərçənginin qarşısını almağın asan yolunu aşkarladılar

“Qara qızıl” ucuzlaşır
18.06.2018, 11:16

“Qara qızıl” ucuzlaşır

Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2%-dən çox artıb
18.06.2018, 11:02

Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2%-dən çox artıb

Neymar son 20 ilin antirekordunu təzələdi - DÇ tarixində...
18.06.2018, 10:49

Neymar son 20 ilin antirekordunu təzələdi - DÇ tarixində...

Azərbaycanlılara qəddarlıq etmiş erməni generalın oğlu da istefa verdi - ŞOK FAKTLAR - VİDEO
18.06.2018, 10:44

Azərbaycanlılara qəddarlıq etmiş erməni generalın oğlu da istefa verdi - ŞOK FAKTLAR - VİDEO

ABŞ koalisiyası Suriya ordusuna zərbə endirib
18.06.2018, 10:35

ABŞ koalisiyası Suriya ordusuna zərbə endirib

Ermənistan atəşkəsi 102 dəfə pozdu
18.06.2018, 10:32

Ermənistan atəşkəsi 102 dəfə pozdu

Azərbaycanda aqrar sektor 9% böyüyüb
18.06.2018, 10:30

Azərbaycanda aqrar sektor 9% böyüyüb

Yaponiyadakı zəlzələdə ölən və yaralananlar arasında soydaşlarımız yoxdur - RƏSMİ
18.06.2018, 10:24

Yaponiyadakı zəlzələdə ölən və yaralananlar arasında soydaşlarımız yoxdur - RƏSMİ

Sumqayıtda dənizdə boğulan 51 yaşlı kişinin meyiti tapılıb
18.06.2018, 10:05

Sumqayıtda dənizdə boğulan 51 yaşlı kişinin meyiti tapılıb

DÇ-2018: Bu gün daha 3 oyun keçiriləcək - TƏQVİM
18.06.2018, 09:25

DÇ-2018: Bu gün daha 3 oyun keçiriləcək - TƏQVİM

Əhalinin banklarda 7.8 milyard manat pulu var
18.06.2018, 09:16

Əhalinin banklarda 7.8 milyard manat pulu var

Türkiyədə ağır yol qəzası: 3 ölü, 39 yaralı
18.06.2018, 09:05

Türkiyədə ağır yol qəzası: 3 ölü, 39 yaralı

“GünayBank”ın sədr müavini 100 milyonu götürüb ölkədən qaçdı
18.06.2018, 00:24

“GünayBank”ın sədr müavini 100 milyonu götürüb ölkədən qaçdı

Dünya Çempionatı-2018-də daha bir şok: Brazilya da xal itirdi
17.06.2018, 23:57

Dünya Çempionatı-2018-də daha bir şok: Brazilya da xal itirdi

Məscidlərə kitab paylanıldı
17.06.2018, 23:43

Məscidlərə kitab paylanıldı

Çobanı ildırım vurdu
17.06.2018, 23:23

Çobanı ildırım vurdu

Sürücü sərnişinlərin həyatını təhlükəyə atdı - Video
17.06.2018, 22:56

Sürücü sərnişinlərin həyatını təhlükəyə atdı - Video

Qan rəngində Arpaçay
17.06.2018, 22:27

Qan rəngində Arpaçay

Qurbanov Dünya məşqçilərinin reytinq siyahısında...
17.06.2018, 22:14

Qurbanov Dünya məşqçilərinin reytinq siyahısında...

ARXİV
SORĞU
Hansı ölkə dünya çempionu olacaq?
Argentina(17.2%)
Braziliya(17.2%)
Almaniya(14.8%)
İngiltərə(6.17%)
Portuqaliya(13.5%)
İspaniya(4.93%)
Fransa(4.93%)
Belçika(1.23%)
Seneqal(2.46%)
Rusiya(17.2%)