Modern.az

Qarabağ müharibəsində bir ailənin 28 üzvü itkin düşüb

Qarabağ müharibəsində bir ailənin 28 üzvü itkin düşüb

Qarabağ

30 Avqust 2017, 17:48

23 il əvvəl əldə edilmiş atəşkəs sazişi Dağlıq Qarabağ münaqişəsini dondurmaqla bərabər, həmin münaqişədə yaxınları itkin düşmüş ailələr üçün zamanı da sanki dondurub. Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) həmin ailələrin əzizlərinin talelərini aydınlaşdırmağa yardım etməkdə davam edir.

 

Qurumun Azərbaycan nümayəndəliyindən Modern.az-a verilən məlumata görə, 30 avqustda Beynəlxalq İtkin Düşmüş Şəxslər Günü ilə əlaqədar anım mərasimi təşkil edilib.

 

Mərasimdə çıxış edən BQXK-nın itkin düşmüş şəxslərlə iş üzrə regional nümayəndəsi, Daniel Messerli qeyd edib ki, silahlı münaqişələr zamanı hərbi və ya mülki şəxs olmasından asılı olmayaraq, bütün itkin düşmüş şəxslərin ailələri əziyyət çəkirlər. Hətta, bu vəziyyət həmin şəxslərin həyatını itirməsi ilə barışmaqdan daha çətindir. Məmmədova Əsli bu vəziyyətlə yaxından tanışdır. Onun, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 28 ailə üzvü itkin düşüb. O bildirib ki, əzizlərinin itkin düşməsi ilə yaşamaq onların həyatını itirməsini qəbul etməkdən daha çətindir:

 

2014-cü ildən etibarən BQXK itkin düşmüş şəxslərin ailələrindən bioloji nümunələrin toplanması fəaliyyətini həyata keçirir. Bu, 2008-2011-ci illər arasında itkin düşmüş şəxslər haqqında ətraflı məlumat toplanması layihəsinə əlavədir. Əsas məqsəd, bu məlumatları toplayaraq onları gələcəkdə itkin düşmüş şəxslərin şəxsiyyətlərinin müəyyən edilməsi üçün istifadə etməkdir.

 

BQXK eyni zamanda itkin düşmüş şəxslərin ailələrinə psixoloji yardım göstərməyə də çalışır. 2012-ci ildə Bakı nümayəndəliyi Müşayiət Proqramına start verib və bu layihə vasitəsi ilə 3000-dən çox insana psixo-sosial dəstək göstərilib. Bundan əlavə, 103 şəxs “müşayiətçi” təlimi alaraq dəstək qrupları ilə işləmək bacarıqları əldə edib, 15 şəxs isə koordinator bacarıqlarına yiyələnib.

 

BQXK neytral, qərəzsiz və müstəqil humanitar təşkilat olub, başlıca məqsədi silahlı münaqişələr və digər zorakılıq hallarından əziyyət çəkən şəxslərin həyat və ləyaqətini qorumaqdan ibarətdir. Təşkilat Dağlıq Qarabağ münaqişəsi ilə bağlı olaraq 1992-ci ildən etibarən Azərbaycanda fəaliyyət göstərir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi