Modern.az

Məbəddə ayaqqabısını soyunmayan turist qadın həbs edilib

Məbəddə ayaqqabısını soyunmayan turist qadın həbs edilib

Dünya

30 Avqust 2017, 21:43

Myanma məhkəməsi rusiyalı turist qadını 7 ay müddətinə azadlıqdan məhrum edib. Buna səbəb isə Rusiyadan gəlmiş turistin Budda məbədində ayaqqabısını soyunmaqdan imtina etməsi olub. Modern.az "RİA Novosti”yə istinadən xəbər verir ki, rusiyalı qadını əvvəlcədən məbəddə ayaqqabıları soyunmağın məcburi olması barədə xəbərdar ediblər. Lakin o, bunun qeyd olunduğu qanunu göstərməyi tələb edib və əks təqdirdə, ayaqqabılarını soyunmayacağını deyib.

 

Nəticədə, məhkəmə turist qadını möminlərin hisslərini təhqir etməsi ittihamı ilə 1 ay müddətinə həbs edib. Lakin sonradan miqrasiya qanunlarının pozulması da bəhanə edilərək, həbs müddəti daha 6 ay artırılıb.

 

Myanmadakı Rusiya səfirliyi ölkənin Xarici İşlər Nazirliyindən baş verənlərlə bağlı izahat tələb edib. Qadına konsul tərəfindən yardım göstərilir.

 

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi