Modern.az

"Qarabağ kolleksiyası" Berlində

"Qarabağ kolleksiyası" Berlində

Dünya

30 Avqust 2017, 22:14

"Qarabağ kolleksiyası" Berlində və Londonda uğurlu təqdimatdan sonra Belçikanın Antverpen şəhərində də nümayiş etdiriləcək. Modern.az "Report"a istinadən xəbər verir ki, Fransa bürosunun məlumatına görə, “Qarabağ kolleksiyası” oktyabrın 25-də Antverpendə nümayiş olunacaq.

Bu geyimlər Berlində yaşayan 25 yaşlı gənc dizayner Leoni Mergen tərəfindən hazırlanıb. Kolleksiya Azərbaycanın Qarabağ regionunun ənənəvi geyimlərindən ilhamlanaraq ərsəyə gətirilib.

Azərbaycanın mədəni irsi Leoninin kolleksiyasında mühüm rol oynayır. Belə ki, atçılığın təsiri ilə yaradılmış dəri aksessuarları və mürəkkəb ipək elementlərindən geniş istifadə edilib.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər