Modern.az

Rusiya sanksiyaların ləğvini xahiş etməyəcək

Rusiya sanksiyaların ləğvini xahiş etməyəcək

Dünya

31 Avqust 2017, 00:57

Rəsmi Moskva Vaşinqtondan sanksiyaların ləğv edilməsini xahiş etməyəcək. Modern.az Rusiya mediasına istinadən xəbər verir ki, məhdudiyyətlərin mövcudluğu effektiv əməkdaşlıq qurmağa imkan vermir.

Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonovun məlumatına görə, sanksiyaların ləğvini Rusiya heç vaxt xahiş etməyib və bunu etməyə hazırlaşmır.

O qeyd edib ki, iki ölkənin münasibətlərinin yaxşılaşması rəsmi Vaşinqtondan asılıdır: "Hər necə olursa olsun, aydındır ki, yalnız dialoqda təzyiq alətlərindən istifadə edilmədiyi, şantaja və öz iradəsini sırımaq cəhdlərinə yer olmadığı təqdirdə Rusiya və ABŞ effektiv əməkdaşlıq qura biləcəklər”.

 

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?